Anna Akopyan:
“Minlərlə əsgərimiz Qarabağda boş yerə öldü...”

XPRESS.AZ 08.04.2019

Ermənistan baş nazirinin arvadı, jurnalist Anna Akopyan ABŞ-a səfəri zamanı “Amerikanın səsi”nin erməni xidmətinə müsahibəsində özünün “Qadınlar sülh naminə” təşəbbüsü haqda danışıb. Və etiraf edib ki, minlərlə erməni əsgəri Azərbaycan ərazilərini işğal edərkən mənasız yerə həyatlarını itiriblər.

Anna Akopyan deyib ki, onun çağırışı atəşkəsin qorunması naminə təkcə azərbaycanlı qadınlara deyil, Qarabağ münaqişəsinin “bütün tərəflərinə” yönəlmişdi.

“Bu, ona görə lazımdır ki, sərhəddə (təmas xətti-red.) dayanan həm erməni, həm azərbaycanlı əsgərlər həlak olmasınlar. Bizim təşəbbüsümüzün yeganə mənası əsgərlərin həyatını qorumaq və onları boş yerə qurban verməməkdir. Çünki illər boyu davam edən qarşıdurma ərzində hər iki tərəfdən çoxsaylı qurbanlarımız olub. Minlərlə qurban var, amma biz onları boş yerə vermişik, çünki həmin qurbanlar bizi münaqişənin nizamlanmasına bir santimetr də olsun yaxınlaşdırmayıblar, əksinə, uzaqlaşdırıblar. Çünki nifrətin hökm sürdüyü şəraitdə biz münaqişənin həllini tapa bilmərik”-o bildirib.


visitor counter

© Materialdan istifadə edərkən XPRESS.AZ saytına istinad etməyinizi rica edirik!