Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Bakı Qızlar Universitetinin tələbələri bu universi...
Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü
Təhsil

Bakı Qızlar Universitetinin tələbələri bu universitetlərə köçürüldü - SİYAHI

Xpress.az Redaksiyası 28.08.2026 17:53

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib. 

Universitetdən verilən məlumata görə, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.

Azərbaycan Universitetinə köçürülən 191 tələbənin ixtisaslar üzrə bölgüsü:

Coğrafiya müəllimliyi – 8 nəfər
Tarix müəllimliyi – 29 nəfər
Təhsildə sosial-psixoloji xidmət – 57 nəfər
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) – 29 nəfər
Tarix – 28 nəfər
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 40 nəfər

Odlar Yurdu Universitetinə köçürülən 175 tələbə üzrə isə:

İbtidai sinif müəllimliyi
Məktəbəqədər təhsil – 39 nəfər
Psixologiya – 35 nəfər
Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 31 nəfər
Riyaziyyat və informatika müəllimliyi
Xarici dil müəllimliyi (ingilis dili) – 41 nəfər
Filologiya (İngilis dili və ədəbiyyatı) – 29 nəfər
Magistratura üzrə isə 49 tələbənin köçürüldüyü göstərilir. Onların 49-u Pedaqogika ixtisası üzrədir.

Beləliklə, təqdim olunan sənədə əsasən Bakı Qızlar Universitetinin ümumilikdə 415 tələbəsi Azərbaycan Universiteti və Odlar Yurdu Universitetində təhsilini davam etdirəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək