Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Fuad Əsgərov: “Gürcüstan səfəri olduqca məhsuldar...
Fuad Əsgərov: “Gürcüstan səfəri olduqca məhsuldar keçdi”
Cəmiyyət

Fuad Əsgərov: “Gürcüstan səfəri olduqca məhsuldar keçdi”

Xpress.az Redaksiyası 23.08.2026 11:13

Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov və birliyin Gənclər və İdman Proqramlarının idarə olunması üzrə koordinatoru Böyükxanım Mirzəzadə 18–21 avqust 2026-cı il tarixlərində Gürcüstanda işgüzar səfərdə olublar.

Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov səfərin olduqca məhsuldar keçdiyini və qonşu ölkə ilə könüllü qan donorluğu layihələrinin birgə həyata keçirilməsi üçün yeni imkanların yarandığını bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Natalia Kvantaliani adına Mərkəzi Qan Bankının Samtredia filialının direktoru Laşa Kvantaliani ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Gürcüstan arasında könüllü qan donorluğunun inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Səfər çərçivəsində nümayəndə heyəti Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin yubiley mərasimində də iştirak edib. Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələri azərbaycanlı gənclərin təkliflərini dinləyiblər. Gənclərin irəli sürdüyü təkliflər əsasında yaxın zamanda Gürcüstan–Azərbaycan Gənclərinin Dostluq Forumunun keçirilməsinin vacibliyi vurğulanıb.

Bundan əlavə, Qan Donorları Assosiasiyasının nümayəndələri Gürcüstanın ictimai-siyasi həyatında mühüm yer tutan “Aktual.ge” media qurumu ilə görüş keçiriblər. Görüş zamanı Assosiasiyanın fəaliyyəti və həyata keçirdiyi layihələrin Gürcüstan ictimaiyyətinə daha geniş şəkildə çatdırılması istiqamətində əməkdaşlıq barədə razılıq əldə olunub.

Qeyd edək ki, Qan Donorları Assosiasiyası fəaliyyəti dövründə Gürcüstanın paytaxtı Tbilisidə və ölkənin ən böyük şəhərlərindən biri olan Batumidə gənc qan donorları üçün yay və qış düşərgələri təşkil edib. Assosiasiya bu layihələr vasitəsilə Azərbaycan və Gürcüstan gəncləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə də töhfə verib.

Fuad Əsgərovun sözlərinə görə, son səfər iki ölkə arasında həm könüllü qan donorluğu, həm də gənclər və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından yeni perspektivlər yaradıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif

24.08.2026 21:34 Cəmiyyət

backend "Camaatın balasını öldürdüm" -

24.08.2026 20:59 Cəmiyyət

İşini itirənlərin kredit borcu necə olacaq?

24.08.2026 20:26 Cəmiyyət

Prezidentin Özbəkistan səfəri başa çatdı

24.08.2026 20:14 Dünya

“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” –

24.08.2026 19:03 Cəmiyyət

Ali məktəblərə qəbulun nəticələri

24.08.2026 18:39 Təhsil

Bu peşələrdə çalışanlar daha çox boşanır

24.08.2026 17:15 Cəmiyyət

“Yanardağ” qoruğunu ziyarət edənlərin

24.08.2026 16:30 Ana səhifə

Direktor müavinlərinin işə qəbulu üzrə

24.08.2026 15:47 Ana səhifə

Paşinyan TRIPP-in marşrutunu açıqladı -

24.08.2026 15:39 Ana səhifə

Xarici pasportu olanlara

24.08.2026 15:16 Cəmiyyət

“Öz əməlimlə, öz işimlə həmişə verdiyim sözün üstündə durmuşam” -

24.08.2026 14:07 Müsahibə

Özbəkistan prezidentinin İlham Əliyevin səfəri ilə bağlı maraqlı PAYLAŞIMI

24.08.2026 13:17 Cəmiyyət

Ali məktəblərə qəbulun nəticələri nə vaxt açıqlanacaq?

24.08.2026 12:50 Təhsil

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

24.08.2026 11:51 Cəmiyyət

"PAŞA Həyat Sığorta" dövlətə olan 1 milyon manat borcu ödədi -

24.08.2026 11:02 İqtisadiyyat

İran bu gəmiləri müsadirə edə bilər

24.08.2026 10:21 Dünya

Azərbaycanın turizm potensialı Malayziyada təqdim edilib

24.08.2026 10:11 Turizm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək