Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı Milyonlarla dollarlıq maşınlar səhrada çürüyür
Milyonlarla dollarlıq maşınlar səhrada çürüyür
Maraqlı

Milyonlarla dollarlıq maşınlar səhrada çürüyür

Xpress.az Redaksiyası 07.11.2026 17:22

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. “Ferrari”, “Lamborcini”, “Porşe” və “Bentley” kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobillərin bəziləri borc və məhkəmə çəkişmələri içində batsa da, son görünüşü heyrətamizdir.

Dünyanın müxtəlif yerlərində illərlə istifadəsiz qalan milyonlarla dollar dəyərində lüks avtomobillərin görüntüləri diqqəti cəlb edir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində tapılan tərk edilmiş superkarlar, bir vaxtlar həddindən artıq böyük məbləğə alınan avtomobillərin necə bu vəziyyətə düşə biləcəyi ilə bağlı suallar doğurur.

“Ferrari” və “Lamborcini”dən tutmuş “Porşe” və “Maserati”yə qədər bir çox markanın toz basmış avtomobilləri dayanacaqlarda və açıq ərazilərdə qalıb.

Dubayda tərk edilmiş lüks avtomobillərin səbəbləri müxtəlifdir. Bəzi nəqliyyat vasitələri sahiblərinin borclarını ödəyə bilməməsi səbəbindən uzun müddətdir istifadəsiz qalıb, digərlərinin isə məhkəmə proseslərinə cəlb olunduğu bildirilir.(lent.az)

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək