Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Maraqlı 17 il işə getmədən maaş aldı
17 il işə getmədən maaş aldı
Maraqlı

17 il işə getmədən maaş aldı

Xpress.az Redaksiyası 28.10.2026 10:22

Almaniyada 62 yaşlı peşə məktəbi müəlliminin 17 il işə getmədən 248 min avro maaş aldığı bildirilir. Duisburq Dövlət Prokurorluğu onu 10 epizod üzrə fırıldaqçılıqda və iki epizod üzrə sənəd saxtakarlığında ittiham edib.

Xpress.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ittihama görə, müəllim 2009-cu ildən xəstəlik məzuniyyətində olsa da, maaş almağa davam edib.

Bizi Instagramda izləyin
<<
Onun uzun müddət işə gəlməməsi yalnız 2025-ci ildə təhsil idarəsinin şəxsi sənədləri yoxlaması zamanı üzə çıxıb.

İstintaq materiallarında müəllimin xəstəlik məzuniyyəti dövründə alternativ tibb mütəxəssisi kimi çalışdığı, saxta sənədlərdən və dalğıc sertifikatından istifadə etdiyi bildirilir. 2026-cı ilin martında evində aparılan axtarış zamanı müəllim tapılmayıb, rəqəmsal materiallar isə müsadirə edilib.

Müəllimin məcburi təqaüdə göndərilməsi prosesi iyul ayında başlanıb. Məhkəmə ittiham aktını qəbul edər və onun təqsiri sübuta yetirilərsə, müəllim 6 aydan 10 ilədək həbs cəzası ala bilər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək