Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Daha bir ölkə "Avroviziya-2027"dən imtina etdi
Daha bir ölkə "Avroviziya-2027"dən imtina etdi
Mədəniyyət

Daha bir ölkə "Avroviziya-2027"dən imtina etdi

Xpress.az Redaksiyası 28.10.2026 10:10

Niderland 2027-ci ildə keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində iştirakdan imtina edib.

Bu barədə ölkənin ictimai yayım şirkəti NPO məlumat yayıb.

Qərarın İsrailin müsabiqədə iştirakı ətrafında cəmiyyətdə yaranan həssas müzakirələrlə əlaqədar qəbul edildiyi bildirilib.
NPO-nun media direktoru Yur­re Bosman qeyd edib ki, İsrailin iştirakı cəmiyyətdə müxtəlif reaksiyalara, mübahisələrə və fikir ayrılıqlarına səbəb olur. Yayımçılar Şurası ilə məsləhətləşmələrdən sonra şirkət növbəti müsabiqədə iştirak etməmək qərarına gəlib.

NPO-nun icraçı sədri Jet de Ranits qərarın Niderlandda müsabiqənin bir çox pərəstişkarını məyus edəcəyini etiraf edib. Bununla belə, o vurğulayıb ki, ölkənin ictimai telekanalları "Avroviziya"nı yayımlamağa davam edəcək.

Onun sözlərinə görə, hazırda müsabiqədə iştiraka qayıtmaq barədə danışmaq hələ tezdir.

Şirkət müzakirə olunan məsələlərin həssaslığını nəzərə alaraq, müsabiqədə iştirakdan müvəqqəti uzaqlaşmaq qərarı verdiyini bildirib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək