Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Şəhid və qazi övladlarına təhsil dəstəyi layihəsin...
Şəhid və qazi övladlarına təhsil dəstəyi layihəsinə başlanılıb
Təhsil

Şəhid və qazi övladlarına təhsil dəstəyi layihəsinə başlanılıb

Xpress.az Redaksiyası 28.10.2026 11:11

“ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü, SUALCAVAB.COM-un texniki və təhsil dəstəyi ilə şəhid və qazi övladları üçün xüsusi təhsil dəstəyi layihəsinə başlanılıb.

Xpress.az xəbər verir ki, Sevinc Orucovanın rəhbərlik etdiyi “ZƏFƏR” İctimai Birliyi şəhid ailələrinin və onların övladlarının sosial rifahına, təhsilinə və inkişafına töhfə vermək istiqamətində davamlı fəaliyyət göstərir.

Layihə çərçivəsində şəhid və qazi övladları SUALCAVAB.COM platformasında V–XI siniflər üzrə aylıq məktəb sınaqlarından, IX və XI siniflər üzrə isə buraxılış sınaqlarından istifadə edə biləcəklər. Şagirdlər nəticələrini təhlil edərək bilik boşluqlarını müəyyənləşdirə, səhvləri üzərində işləyə və sınaqları ödənişsiz təkrar etməklə nəticələrini yüksəldə biləcəklər.

Bu təşəbbüsün məqsədi şagirdlərə yalnız sınaq təqdim etmək deyil, onların biliklərini mütəmadi yoxlamasına, səhvlərindən öyrənməsinə və təhsildə daha inamla irəliləməsinə dəstək olmaqdır.

***

Şəhid və ya qazilərin şagird övladlarına imtiyazları barədə ətraflı məlumat üçün aşağıdakı vasitələrlə əlaqə saxlaya bilərsiniz.

🌐 sualcavab.com
📸 onlayn_sualcavab
📱 010 526 82 79


Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək