Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Avrasiya Universitetinin tələbələri bezib: 2 ildir...
Avrasiya Universitetinin tələbələri bezib: 2 ildir əziyyət çəkirik
Təhsil

Avrasiya Universitetinin tələbələri bezib: 2 ildir əziyyət çəkirik

Xpress.az Redaksiyası 20.10.2026 17:53

Bakı Avrasiya Universitetinin tələbələri təhsil ocağının yerləşdiyi ərazidə uzun müddətdir davam edən yol tikintisi işlərindən narazıdırlar.

"Bakupost"a müraciət edən bir qrup tələbənin sözlərinə görə, Həsən Əliyev küçəsində təxminən iki ildir davam edən təmir işləri universitetə gediş-gəlişi xeyli çətinləşdirib.

Tələbələr bildirirlər ki, küləkli havalarda ərazi toz-torpağa bürünür, yağışlı günlərdə isə yollar palçıq içində qalır. Onların sözlərinə görə, tikintinin nə vaxt başa çatacağı da bəlli deyil:

"Deyəsən, biz universiteti bitirəcəyik, təmir işləri davam edəcək. Universitetə gedib-gələrkən onsuz da dərsə gecikməməyə çalışırıq, bir də yolun vəziyyəti ilə mübarizə aparmalı oluruq".

Tələbələri narahat edən digər məsələ isə piyadaların və avtomobillərin eyni yoldan istifadə etməsidir. Onlar bunun təhlükəli vəziyyət yaratdığını deyirlər:

"Bu ərazidə iki universitet var və hər gün çoxlu tələbə həmin yoldan istifadə edir. Tələbə dərsə gedəndə dərsini fikirləşsin, yoxsa yolu necə təhlükəsiz keçəcəyini? Təsəvvür edin, sürücü avtomobili sürətlə idarə edir, tələbə isə yolu keçməyə çalışır. Allah eləməsin, diqqətsizlik üzündən qəza baş versə, məsuliyyəti kim daşıyacaq? Bəzi sürücülər avtomobildə oturub tələbələrin onlara yol verməsini gözləyirlər. Tələbə dərsə gecikir, yolu tələsik keçməyə çalışır, sonra da buna görə irad eşidir. Bəs tələbə nə etsin? Həm dərsə vaxtında çatsın, həm avtomobillərdən qorunsun, həm də heç kimə mane olmasın? Biz təmirə qarşı deyilik, əlbəttə, yollar düzəlməlidir. Amma iki ilə yaxın davam edən təmir zamanı insanların rahatlığı və təhlükəsizliyi də nəzərə alınmalıdır”.

Yol tikintisi işlərinin nə vaxt başa çatacağını öyrənmək üçün "Bakupost" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladı. Agentlikdən işlərin nə vaxt yekunlaşacağı ilə bağlı dəqiq tarix
verilmədi.

Qurumdan bildirildi ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı" çərçivəsində "Koroğlu"- Həsən Əliyev küçəsi istiqamətində uzunluğu 3,9 km olan yeni avtomobil yolunun inşası həyata keçirilir.

Qeyd olunub ki, ərazidə aparılan işlər sözügedən layihənin tərkib hissəsidir. Tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Layihənin icrası təsdiq olunmuş iş qrafikinə uyğun olaraq davam etdirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI

20.10.2026 21:43 İqtisadiyyat

SOCAR yeni şirkət yaradıb -

20.10.2026 21:27 Cəmiyyət

“Yelo Bank” depozit fazilərini azaltdı

20.10.2026 21:19 İqtisadiyyat

Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı

20.10.2026 21:13 Cəmiyyət

“Bolt” taksisində təhdid edilən xanım özünü maşından atdı

20.10.2026 20:51 Cəmiyyət

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

20.10.2026 20:04 Cəmiyyət

Xocavəndin iki kəndinə qaz xətti çəkilir –

20.10.2026 15:16 Cəmiyyət

ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ

20.10.2026 14:44 İqtisadiyyat

Uşaqlar arasında yayılan virus nədir?

20.10.2026 13:14 Sağlamlıq

Sığorta sektorunun investisiya portfeli 11%-ə yaxın kiçilib

20.10.2026 12:20 İqtisadiyyat

ASB qiymətli kağızlar bazarından kənarda,

20.10.2026 11:59 Cəmiyyət

Bir vaxtlar “İrşad” hotel kimi fəaliyyət göstərən obyekt 6 milyon manata satılır

20.10.2026 11:43 Cəmiyyət

“Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar

20.10.2026 11:22 Cəmiyyət

Bu tarixdən çörək bahalaşa bilər

20.10.2026 11:09 Cəmiyyət

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20.10.2026 10:38 Cəmiyyət

Metropoliten bu gün xüsusi rejimdə işləyəcək

20.10.2026 10:35 Cəmiyyət

Azərbaycanda gənclərin sayında kəskin azalma

20.10.2026 10:05 Cəmiyyət

İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək?

20.10.2026 09:30 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək