Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace...
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı
Cəmiyyət

Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı QƏRAR VERİLDİ

Xpress.az Redaksiyası 20.10.2026 21:13

Mediada "Çıraq Palace" şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib.

Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq məlumat verilib.

Yoxlama Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi, ev 20A ünvanında yerləşən, fiziki şəxs Yusifov Həsən Fuad oğluna məxsus qida obyektində aparılıb.

Yoxlama zamanı, ümumilikdə şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzərindən istehlakçılara təqdim edilən ət məhsullarının çeşidinə, mərasim iştirakçılarının sayına münasibətdə yoxlamaya təqdim edilən müvafiq müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi, istehlaka verilən ətlərin miqdarının baytarlıq sənədlərində göstərilən miqdardan dəfələrlə çox olduğu və bununla da məhsullarla bağlı izlənmə sisteminin təmin olunmadığı müəyyən edilib. Həmçinin, ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müşahidə edilib. Eyni zamanda, istehlakçıların aldadılması ilə nəticələnən hallar aşkarlanıb. Belə ki, qonaqlara təbii "qırmızı kürü" adı altında süni kürü təqdim edilib. Bu hal istehlakçıların təqdim edilən məhsulların xüsusiyyətləri və tərkibi barədə düzgün və dolğun məlumat almaq hüququnun pozulması, istehlakçıların aldadılması kimi qiymətləndirilir.

Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, nöqsanları aradan qaldırılana kimi dondurucu anbarda işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI

20.10.2026 21:43 İqtisadiyyat

SOCAR yeni şirkət yaradıb -

20.10.2026 21:27 Cəmiyyət

“Yelo Bank” depozit fazilərini azaltdı

20.10.2026 21:19 İqtisadiyyat

“Bolt” taksisində təhdid edilən xanım özünü maşından atdı

20.10.2026 20:51 Cəmiyyət

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

20.10.2026 20:04 Cəmiyyət

Avrasiya Universitetinin tələbələri bezib: 2 ildir əziyyət çəkirik

20.10.2026 17:53 Təhsil

Xocavəndin iki kəndinə qaz xətti çəkilir –

20.10.2026 15:16 Cəmiyyət

ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ

20.10.2026 14:44 İqtisadiyyat

Uşaqlar arasında yayılan virus nədir?

20.10.2026 13:14 Sağlamlıq

Sığorta sektorunun investisiya portfeli 11%-ə yaxın kiçilib

20.10.2026 12:20 İqtisadiyyat

ASB qiymətli kağızlar bazarından kənarda,

20.10.2026 11:59 Cəmiyyət

Bir vaxtlar “İrşad” hotel kimi fəaliyyət göstərən obyekt 6 milyon manata satılır

20.10.2026 11:43 Cəmiyyət

“Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar

20.10.2026 11:22 Cəmiyyət

Bu tarixdən çörək bahalaşa bilər

20.10.2026 11:09 Cəmiyyət

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20.10.2026 10:38 Cəmiyyət

Metropoliten bu gün xüsusi rejimdə işləyəcək

20.10.2026 10:35 Cəmiyyət

Azərbaycanda gənclərin sayında kəskin azalma

20.10.2026 10:05 Cəmiyyət

İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək?

20.10.2026 09:30 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək