Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Yelo Bank” depozit fazilərini azaltdı
“Yelo Bank” depozit fazilərini azaltdı
İqtisadiyyat

“Yelo Bank” depozit fazilərini azaltdı

Xpress.az Redaksiyası 20.10.2026 21:19

“Yelo Bank” manat əmanətləri üzrə illik faiz dərəcələrini 2,5 faiz bəndi azaldıb.

Xpress.az Plat.az-a istinadən xəbər verir ki, “Yelo Bank” ASC oktyabrın 15-dən etibarən “Yelo Yığım” əmanət məhsulu üzrə manatla yerləşdirilən vəsaitlərə tətbiq olunan illik faiz dərəcələrini azaldıb.

Belə ki, əvvəllər manatla yerləşdirilən əmanətlər üzrə faizlərin aylıq ödənilməsi halında illik gəlirlilik 9,5%, müddətin sonunda ödənilməsi halında isə 10% təşkil edirdi.

Yeni şərtlərə əsasən, bu göstəricilər müvafiq olaraq 7% və 7,5%-ə endirilib.

Dəyişiklik 12, 18 və 24 aylıq əmanətlərin hər üçünə şamil olunur.

ABŞ dolları ilə yerləşdirilən əmanətlər üzrə faiz dərəcələri isə, dəyişməz saxlanılıb.

Faizlərin azaldılması əmanətçilərin gəlirlərinə necə təsir edəcək?

Yeni tariflər əmanətçilərin gəlirlərini əhəmiyyətli dərəcədə azaldır.

Məsələn, 10 min manat məbləğində əmanət 12 aylıq müddətə yerləşdirildikdə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə əvvəlki illik gəlir 1 000 manat olduğu halda, yeni tariflə bu məbləğ 750 manata düşür.

Beləliklə, əmanətçinin illik faiz gəliri 250 manat, yaxud 25% azalır.

20 min manatlıq əmanət üzrə illik gəlir itkisi 500 manat, 50 min manatlıq əmanət üzrə isə 1 250 manat təşkil edir.

Bankın qərarı nə ilə bağlı ola bilər?

Faiz dərəcələrinin azaldılması bankın manatla cəlb etdiyi vəsaitlərin maya dəyərini aşağı salmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Bununla belə, bankın qərarının konkret səbəbi barədə rəsmi açıqlama müəyyən edilməyib.

Bankın açıqladığı 2026-cı ilin doqquz aylıq maliyyə nəticələrinə əsasən, fiziki şəxslərin əmanətləri ilin əvvəlindən 15 milyon manat artaraq 946 milyon manata, ümumi əmanət portfeli isə 1 milyard 91 milyon manata çatıb. 

Bu göstəricilər fonunda depozit faizlərinin aşağı salınması bankın daha ucuz maliyyələşmə mənbələrinə üstünlük verməsi ehtimalını gündəmə gətirir.

Xatırladaq ki, Yelo Bank 1994-cü ildə yaradılıb. Bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir. Bankın əsas səhmdarı Marina Kulişovadır. Onun bankdakı payı 98,94%, İdarə Heyətinin sədri Anar Həsənovun payı 0,96%, “İSR Holdinq” MMC-nin payı isə 0,1% təşkil edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xaricə pul göndərib mal gətirməyən “Mətin Xırdavat” CƏZALANDIRILDI

20.10.2026 21:43 İqtisadiyyat

SOCAR yeni şirkət yaradıb -

20.10.2026 21:27 Cəmiyyət

Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" şadlıq sarayı ilə bağlı

20.10.2026 21:13 Cəmiyyət

“Bolt” taksisində təhdid edilən xanım özünü maşından atdı

20.10.2026 20:51 Cəmiyyət

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

20.10.2026 20:04 Cəmiyyət

Avrasiya Universitetinin tələbələri bezib: 2 ildir əziyyət çəkirik

20.10.2026 17:53 Təhsil

Xocavəndin iki kəndinə qaz xətti çəkilir –

20.10.2026 15:16 Cəmiyyət

ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ

20.10.2026 14:44 İqtisadiyyat

Uşaqlar arasında yayılan virus nədir?

20.10.2026 13:14 Sağlamlıq

Sığorta sektorunun investisiya portfeli 11%-ə yaxın kiçilib

20.10.2026 12:20 İqtisadiyyat

ASB qiymətli kağızlar bazarından kənarda,

20.10.2026 11:59 Cəmiyyət

Bir vaxtlar “İrşad” hotel kimi fəaliyyət göstərən obyekt 6 milyon manata satılır

20.10.2026 11:43 Cəmiyyət

“Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar

20.10.2026 11:22 Cəmiyyət

Bu tarixdən çörək bahalaşa bilər

20.10.2026 11:09 Cəmiyyət

Bakıda çıxarışsız evlərə sənəd almaq mümkün olacaq?

20.10.2026 10:38 Cəmiyyət

Metropoliten bu gün xüsusi rejimdə işləyəcək

20.10.2026 10:35 Cəmiyyət

Azərbaycanda gənclərin sayında kəskin azalma

20.10.2026 10:05 Cəmiyyət

İcbari Tibbi Sığorta Səhiyyə Nazirliyinə birləşdiriləcək?

20.10.2026 09:30 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək