İqtisadiyyat
“PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb
Xpress.az Redaksiyası
19.10.2026 21:28
“PAŞA Bank” ASC yeni səhmləri ilə bağlı repo əməliyatının icrasına dair insayder əqdini ictimailəşdirib.
Yurd.Media xəbər verir ki, Bank bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində məlumat verib.
“Qiymətli kağızlar haqqında” qanuna uyğun olaraq yerləşdirilmiş məlumatda söhbət “PAŞA Bank”da vəzifə tutan Nazir Davudovun payını satmasından gedir.
O, Bankın nominal dəyəri 20, bazar dəyəri isə təxminən 44 manat olan 195 ədəd səhmini 8,6 min manata kredit təşkilatının özünə satıb.