Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm “30 il sənin qulun olmuşam!”
“30 il sənin qulun olmuşam!”
Gündəm

“30 il sənin qulun olmuşam!” — Kürəkənlə qayınatanın 14 milyonluq “Atlant” davası

Xpress.az Redaksiyası 19.10.2026 20:33

Bakı Ağır Cinayətlər Məhkəməsində 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluq etməkdə ittiham olunan Nofəl Hacıyev və “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

İş üzrə diqqətçəkən əsas məqamlardan biri tanınmış iş adamı, Nabrandakı “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun da adının bu qalmaqalda hallanmasıdır. Belə ki, T.Qədəşov məhkəmə prosesində maraqlı şəxs və şahid qismində tanınsa da, onun kürəkəni Nofəl Hacıyev müttəhimlər kürsüsündə əyləşib.

Aparılan istintaq zamanı məlum olub ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri vətəndaşlara satsa da, binalar təhvil verilməyib və vətəndaşlar evlərinə sahib çıxa bilməyiblər.

Dələduzluq yolu ilə mənimsənilən 14 milyon manatdan artıq vəsaitin harada olması ilə bağlı suallara cavab verən N.Hacıyev bildiri ki, o, həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Təqsirləndirilən şəxsin sözlərinə görə, vətəndaşlardan toplanan pullar qayınatasının təkidilə “Atlant”ın təmir-tikinti işlərinə, genişləndirilməsinə və abadlaşdırılmasına yönəldilib.

Məhkəmə prosesləri zamanı kürəkənlə qayınata arasında kəskin gərginlik yaşanıb. Məhkəmə zalında qayınatasını ağır ittiham edən Nofəl Hacıyev “Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!” deyərək etirazını bildirib. T.Qədəşov bu sözlərə reaksiya verməsə də, sərbəst ifadəsində tikinti işlərinə qarışmadığını və MTK-da baş verənlərdən xəbərsiz olduğunu iddia edib. N.Hacıyev isə əlavə edib ki, 2000-ci illərdən bəri tikinti sektorunda uğurla fəaliyyət göstərsə də, 2022-ci ildən yaranan maliyyə çətinlikləri zamanı qayınatası vəd etdiyi köməyi göstərməyib. Hətta borcları bağlamaq üçün “Atlant”ın satılması təklif olunub, alıcı tapılsa da, T.Qədəşov son anda satmaqdan imtina edib. Kürəkən həmçinin iddia edib ki, qayınatası istirahət mərkəzinin ərazisini genişləndirmək üçün 800-dən çox ağacı kəsdirərək təbiətə də zərər vurub.

Hazırda ibtidai istintaq zamanı “Atlant” ailəvi istirahət mərkəzinin üzərinə həbs qoyulub. Mənzillərini ala bilməyən və zərərə düşən vətəndaşlar məhkəmədə kəskin tələblərlə çıxış ediblər. Zərərçəkənlər “Atlant”ın satılaraq dəymiş 14 milyon manatlıq zərərin ödənilməsini və pulların mənimsənilməsində şərik olan Tahir Qədəşovun da azadlıqda qalmayıb həbs olunmasını tələb edirlər.

Qeyd edək ki, 2002-ci ildə Nabranın meşəlik və dənizsahili ərazisində salınmış “Atlant” istirahət mərkəzi 4 akvaparkı, 200-ə yaxın kotteci, otelləri, restoranları və geniş əyləncə infrastrukturu ilə regionun en böyük turizm obyektlərindən biridir. Müstəqil qiymətləndiricilər kompleksin dəyərini 80-100 milyon manat civarında qiymətləndirirlər. İndi məhkəmənin verəcəyi qərar 171 ailənin taleyini və bu böyük kompleksin gələcəyini müəyyən edəcək. Növbəti proses oktyabrın 20-nə təyin olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb

19.10.2026 21:28 İqtisadiyyat

İcra Hakimiyyəti 1,5 milyon manata duz alır

19.10.2026 20:59 Cəmiyyət

Yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı aldı -

19.10.2026 20:19 Hadisə

Narın insan sağlamlığına möcüzəvi faydaları

19.10.2026 19:58 Sağlamlıq

TƏBİB-dən sonra növbə DİM-indir? – AÇIQLAMA

19.10.2026 19:45 Cəmiyyət

Kənd yumurtası bahalaşıb -

19.10.2026 19:22 Cəmiyyət

Bu marşrutların hərəkət sxemi dəyişdirilir - "Sabah"ın oyununa görə

19.10.2026 18:38 Cəmiyyət

Cənub sakinləri qatar gözləyir

19.10.2026 18:01 Cəmiyyət

Müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

19.10.2026 17:54 Cəmiyyət

Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub

19.10.2026 16:36 Mədəniyyət

Azərbaycanın quş müşahidəsi imkanları beynəlxalq miqyasda tanıdılır -

19.10.2026 16:25 Ana səhifə

Almaniya səfiri Sumqayıta səfər edib -

19.10.2026 16:18 Siyasət

“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb -

19.10.2026 15:31 Gündəm

Prezident onları təltif etdi

19.10.2026 14:30 Siyasət

Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batdı -

19.10.2026 13:43 Dünya

Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"

19.10.2026 12:14 Gündəm

Onları da əsgər aparacaqlar -

19.10.2026 11:59 Cəmiyyət

Anar Bayramov nazir təyin edildi

19.10.2026 11:51 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək