Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Almaniya səfiri Sumqayıta səfər edib -
Almaniya səfiri Sumqayıta səfər edib -
Siyasət

Almaniya səfiri Sumqayıta səfər edib - FOTO

Xpress.az Redaksiyası 19.10.2026 16:18

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dirk Lölke Sumqayıt şəhərinə səfər edib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən Xpress.az-a verilən məlumata görə, İH-nin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Azərbaycan-Almaniya əlaqələri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Görüşdə Zakir Fərəcov qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı və son illərdə həyata keçirilən mühüm infrastruktur layihələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Sumqayıt Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olmaqla yanaşı, sürətlə inkişaf edən şəhərlər sırasında xüsusi yer tutur.

Şəhər rəhbəri Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında 1977-ci ildə əsası qoyulan qardaşlaşma münasibətlərinin bu gün də uğurla davam etdiyini vurğulayıb. Bildirilib ki, bu əlaqələr şəhərlərarası əməkdaşlığın inkişafı ilə yanaşı, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə də xidmət edir.

Zakir Fərəcov əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb, qarşılıqlı səfərlərin və birgə layihələrin əhəmiyyətini qeyd edib.

Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke isə Sumqayıta səfərindən məmnunluğunu ifadə edərək Azərbaycanın və Sumqayıtın sürətli inkişafını yüksək qiymətləndirib. Diplomat iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb

19.10.2026 21:28 İqtisadiyyat

İcra Hakimiyyəti 1,5 milyon manata duz alır

19.10.2026 20:59 Cəmiyyət

“30 il sənin qulun olmuşam!”

19.10.2026 20:33 Gündəm

Yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı aldı -

19.10.2026 20:19 Hadisə

Narın insan sağlamlığına möcüzəvi faydaları

19.10.2026 19:58 Sağlamlıq

TƏBİB-dən sonra növbə DİM-indir? – AÇIQLAMA

19.10.2026 19:45 Cəmiyyət

Kənd yumurtası bahalaşıb -

19.10.2026 19:22 Cəmiyyət

Bu marşrutların hərəkət sxemi dəyişdirilir - "Sabah"ın oyununa görə

19.10.2026 18:38 Cəmiyyət

Cənub sakinləri qatar gözləyir

19.10.2026 18:01 Cəmiyyət

Müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

19.10.2026 17:54 Cəmiyyət

Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub

19.10.2026 16:36 Mədəniyyət

Azərbaycanın quş müşahidəsi imkanları beynəlxalq miqyasda tanıdılır -

19.10.2026 16:25 Ana səhifə

“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb -

19.10.2026 15:31 Gündəm

Prezident onları təltif etdi

19.10.2026 14:30 Siyasət

Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batdı -

19.10.2026 13:43 Dünya

Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"

19.10.2026 12:14 Gündəm

Onları da əsgər aparacaqlar -

19.10.2026 11:59 Cəmiyyət

Anar Bayramov nazir təyin edildi

19.10.2026 11:51 Siyasət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək