Keçmiş deputatın oğlu intihar etdi- FOTO
Rusiyalı müxalif siyasətçi, Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovun* oğlu intihar edib.
Xpress.az xəbər verir ki, siyasətçi bu barədə oktyabrın 14-də sosial şəbəkə hesabında məlumat verib.
Qudkovun sözlərinə görə, oğlu uzun illər ərzində ciddi daxili problemlərlə mübarizə aparıb. Lakin ailə bu çətinliklərin öhdəsindən gələ bilməyib.
“Təəssüf ki, biz heç vaxt onları dəf edə bilmədik”, – deyə Qudkov paylaşımında yazıb.
Siyasətçi hadisənin digər təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, 2024-cü ildə Moskva məhkəməsi Dmitri Qudkovu Rusiya ordusu haqqında siyasi nifrət motivi ilə yalan məlumat yaymaqda təqsirli bilərək qiyabi olaraq səkkiz il müddətinə azadlıqdan məhrum edib. Keçmiş deputat uzun müddətdir Rusiyadan kənarda yaşayır.
*Dmitri Qudkov Rusiya Federasiyasında xarici agent kimi tanınıb və Rosfinmonitorinqin terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Qeyd: Meta Platforms şirkəti (Facebook, Instagram, WhatsApp və Oculus platformalarının sahibi) Rusiyada ekstremist təşkilat kimi tanınıb və ölkə ərazisində fəaliyyəti qadağan edilib.
