Hadisə
İstanbulda çökən binada ölənlərin sayı 5-ə yüksəldi
Xpress.az Redaksiyası
09.10.2026 09:35
Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
Xpress xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, dağıntılar altından daha 3 nəfərin meyiti çıxarılıb.
Xatırladaq ki, dünən səhər saatlarında Türkiyənin İstanbul şəhərinin Maltəpə rayonunda yeddimərtəbəli yaşayış bina çöküb.
Hadisə ilə əlaqədar binanın memarı və tikinti üzrə məsul şəxs saxlanılıb.