Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Vəfat edən şəxsin bank borcu kimə qalır?
Vəfat edən şəxsin bank borcu kimə qalır?
Cəmiyyət

Vəfat edən şəxsin bank borcu kimə qalır?

Xpress.az Redaksiyası 14.10.2026 23:01

Bəzi hallarda vətəndaşın vəfat etməsindən sonra bank qarşısında qalan kredit borcunun kim tərəfindən ödənilməli olduğu məlum olmur. Xüsusilə, mərhumun ailə üzvlərinin kreditə zamin olmadığı və borcu ödəməyə maddi imkanlarının çatmadığı vəziyyətlərdə məsuliyyət məsələsi ön plana çıxır.

Belə hallarda bank borcu kimdən tələb edə bilər?

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev  açıqlamasında bildirib ki, bankdan kredit götürmüş şəxs öhdəliyini yerinə yetirmədən dünyasını dəyişərsə, bu halda həmin kredit müqaviləsi üzrə qüvvədə olan zaminlik müqaviləsinin olub-olmaması məsələsi aydınlaşdırılmalıdır.

Vəfat edən şəxsin bank borcu kimə qalır?

Onun sözlərinə görə, əgər bank krediti verərkən başqa bir şəxs zamin kimi çıxış edibsə və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada zaminlik müqaviləsi imzalanıbsa, bank borcun tutulmasını zaminə yönəldə bilər:

"Yəni zaminlik müqaviləsi ondan ibarətdir ki, şəxs hər hansı səbəbdən öhdəliyini yerinə yetirə bilmədikdə, zamin həmin öhdəliyi yerinə yetirməyi öz üzərinə götürür. Əgər kredit müqaviləsi üzrə zamin yoxdursa, yəni belə bir hal müəyyən edilməyibsə, bank borcun tutulmasını vəfat etmiş şəxsin vərəsələrinə yönəldə bilər. Bu halda mirası qəbul etmiş vərəsələr həmin şəxsin borclarını qəbul etdikləri mirasın həcmi həddində ödəməyə borcludurlar. Məsələn, şəxsin banka 10 000 manat borcu varsa, lakin ondan vərəsələrinə 5 000 manatlıq miras qalıbsa, vərəsələr yalnız həmin məbləğ həddində borcu ödəməyə borcludurlar. Yəni borcun məbləği mirasın dəyərindən çox olduqda, vərəsələr mirasın dəyərini aşan hissəni ödəməyə borclu deyillər. Əgər zamindən tutulma baş verərsə, zamin həmin məbləği ödədikdən sonra vəfat etmiş şəxsin vərəsələrinə qarşı məhkəmədə iddia qaldıra və ödədiyi məbləği reqres qaydasında onlardan tələb edə bilər".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Ailə biznesi üçün ən perspektivli sahələr açıqlandı

14.10.2026 22:38 Cəmiyyət

Elektriksiz işləyən dünyanın ilk

14.10.2026 22:13 Texnologiya

Məktəblilərin etirazında saxlananların sayı 8000-ə çatır

14.10.2026 22:04 Dünya

Papanın vəziyyəti açıqlandı

14.10.2026 21:48 Dünya

Nəhəng qiymətli metal yatağında elmə məlum olmayan viruslar tapıldı

14.10.2026 21:37 Dünya

Bəzən insan daha çox aclıq hiss edir -

14.10.2026 21:11 Sağlamlıq

Xəyanəti bağışlayan 3 bürc

14.10.2026 20:52 Cəmiyyət

Müəllimlər arasında ciddi seçim olacaq -

14.10.2026 20:32 Təhsil

Hakan Fidan Azərbaycana gəldi

14.10.2026 20:00 Gündəm

Maşını yudurub pulunu vermədi, dava düşdü — Məhkəmə

14.10.2026 19:59 Cəmiyyət

32 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

14.10.2026 19:42 Cəmiyyət

“Access Bank” 9 ayda 45 milyon manatdan çox xalis mənfəət əldə edib

14.10.2026 19:35 İqtisadiyyat

Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub

14.10.2026 18:51 Cəmiyyət

Keçmiş deputatın oğlu intihar etdi-

14.10.2026 18:25 Hadisə

Qırğızıstan Prezidenti Azərbaycana gəlib

14.10.2026 17:45 Siyasət

Lavrov Azərbaycana gəlib

14.10.2026 17:14 Siyasət

Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır -

14.10.2026 16:39 Siyasət

Sara Əzimova: “Naxçıvanlı 12 yaşlı qızın Türkiyə mediasında şəhid övladı kimi təqdim edilməsi və təzyiqlərə məruz qaldığı iddiası bu kampaniyanın vahid mərkəzdən idarə olunduğunu bir daha göstərir”

14.10.2026 16:24 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək