Dünya
Məktəblilərin etirazında saxlananların sayı 8000-ə çatır - bu ölkədə
Xpress.az Redaksiyası
14.10.2026 22:04
Fransada məktəblilərin etiraz aksiyaları zamanı saxlanılanların 85%-i yetkinlik yaşına çatmayanlardır.
Ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, etirazların başlanmasından bəri hüquq-mühafizə orqanlarının əməkdaşları 7 950 nəfəri saxlayıb.
Bundan əlavə, saxlanılan 26 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Onların isə 65%-i yetkinlik yaşına çatmış şəxslərdir.