Dünya
Hakan Fidan Bakıya gəlir – Ərdoğanı təmsil edəcək
Xpress.az Redaksiyası
14.10.2026 14:47
Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA)) Dövlət və Hökumət Başçıları Şurasının 7-ci sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Hakan Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi gözlənilir.