Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Azərbaycanda bu təhsil ocaqları bağlanır
Azərbaycanda bu təhsil ocaqları bağlanır
Təhsil

Azərbaycanda bu təhsil ocaqları bağlanır

Xpress.az Redaksiyası 12.10.2026 09:09

Azərbaycanda kolleclərin fəaliyyətində dəyişikliklərin edilməsi məsələsi gündəmə gəlib. Belə ki, bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə daxil edilməsi, ehtiyac olmayan digər kolleclərin isə ləğvi nəzərdə tutulur.

Bu qərar hansı zərurətdən yarandı? Tələbələrin taleyi necə olacaq?

Globalinfo.az-a danışan deputat Razi Nurullayev deyib ki, kolleclərin yenidən təşkili məsələsinə yalnız təhsil müəssisələrinin birləşdirilməsi və ya ləğvi kimi yanaşmaq düzgün deyil:

“Burada əsas məqsəd orta ixtisas təhsilinin keyfiyyətini yüksəltmək, mütəxəssis hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmaq və mövcud təhsil resurslarından daha səmərəli istifadə etməkdir. Eyni profilli kollecin müvafiq universitetin tərkibində fəaliyyət göstərməsi tədris proqramlarının uyğunlaşdırılmasına, laboratoriya və maddi-texniki bazadan birgə istifadəyə, tələbələrin nəzəri biliklərlə yanaşı praktik bacarıqlarının inkişafına şərait yarada bilər. Digər tərəfdən, bəzi kolleclərdə tələbə sayının azalması, ixtisaslara tələbatın dəyişməsi və kadr hazırlığının müasir ehtiyaclarla uzlaşması məsələləri də bu cür struktur dəyişikliklərini gündəmə gətirən amillər sırasındadır”.

Deputat bildirib ki, bu prosesdə əsas məsələlərdən biri tələbələrin gələcəyidir:

“İnanıram ki, heç bir tələbə kənarda qalmayacaq və onların təhsillərini başa vurmaları üçün müvafiq şərait yaradılacaq. Kolleclərin yenidən təşkili tələbələrin təhsil hüquqlarına xələl gətirməməli, onların indiyədək əldə etdikləri nəticələr və gələcək planları nəzərə alınmalıdır. Eyni zamanda, müəllimlərin əmək hüquqlarının qorunması və bölgələrdə yaşayan gənclərin təhsilə əlçatanlığının təmin edilməsi də diqqətdə saxlanılmalıdır. Əsas məqsəd təhsil sistemini müasirləşdirməklə yanaşı, tələbələrin maraqlarını qorumaq və onların gələcəyə inamını gücləndirməkdir”.

  • MƏKTƏBLİ ÖVLADI OLAN VALİDEYNLƏRİN NƏZƏRİNƏ!

    SUALCAVAB platformasında ŞAGİRDİN BİLİYİNİ ÖYRƏN, TƏHLİL ET VƏ NƏTİCƏ ÇIXAR!

    Platformada qeydiyyatdan keçərək "ELM" promokodundan istifadə etməklə hazırkı kampaniyadan faydalana bilərsiniz. Promokodu ödənişdən əvvəl daxil etdikdə istənilən paket 20% endirim ilə təqdim olunur. Promokod: ELM

    Ətraflı məlumat və istifadə qaydası ilə bağlı SUALCAVAB komandası WhatsApp vasitəsilə sizə dəstək göstərəcək.
  • www.sualcavab.com
    WhatsApp: +994 10 526 82 79
  • Instagram: onlayn_sualcavab

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək