Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman “Real Madrid”in ulduzu bu komandaya gedir
“Real Madrid”in ulduzu bu komandaya gedir
İdman

“Real Madrid”in ulduzu bu komandaya gedir

Xpress.az Redaksiyası 12.10.2026 22:03

“Real Madrid”in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi “Xetafe” ilə müqavilə bağlayacaq.

Bu barədə məşhur insayder və jurnalist Mateo Moretto məlumat yayıb.

34 yaşlı təcrübəli futbolçunun sabah səhər saatlarında rəsmi müqaviləyə imza atacağı gözlənilir. Hazırda tərəflər arasında son sənədləşmə prosesi aparılır.

Xatırladaq ki, “Kral klubu”ndan ayrıldıqdan sonra azad agent statusunda olan Karvaxal karyerasının böyük hissəsini Madrid nəhəngində keçirib, yalnız 2012-2013-cü illər mövsümündə Almaniyanın “Bayer Leverkuzen” klubunda icarədə çıxış edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək