Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman "Doğma Vətəndə uduzmaq ağırdır" -
"Doğma Vətəndə uduzmaq ağırdır" -
İdman

"Doğma Vətəndə uduzmaq ağırdır" - Hidayət Heydərov

Xpress.az Redaksiyası 07.10.2026 16:03

Doğma Vətəndə uduzmaq ağırdır.

Xpress.az xəbər verir ki, bu barədə Azərbaycan cüdoçusu Hidayət Heydərov şəxsi instaqram hesabında yazıb.

Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatında məğlub olması ilə bağlı fikirlərini bölüşüb:

"Doğma Vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər".

Xatırladaq ki, 73 kq çəki dərəcəsində çıxış edən olimpiya çempionu 1/8 finalda italiyalı Covanni Espozitoya cərimə xalları hesabına uduzub.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək