Adi, mineral, yoxsa vitaminli? – Qapağın rəngi suyun tərkibini deyir
Gündəlik həyatda tez-tez istifadə etdiyimiz qablaşdırılmış suların qapaq rənglərinin təsadüfi olmadığını bilirdinizmi? Sosial şəbəkələrdə geniş yayılan bilgiləndirməyə əsasən, su butulkalarındakı qapaq rəngləri suyun növünü və tərkib xüsusiyyətini əks etdirir. Paylaşılan məlumatlara görə, su qapaqlarının rəng mənaları aşağıdakı kimidir:
Mavi qapaq: Adi içməli su
Ağ qapaq: Təmizlənmiş su
Yaşıl qapaq: Mineral su
Qara qapaq: Alkalin su Sarı qapaq: Vitaminli su
Qırmızı qapaq: Qazlı su
İstehlakçıların ehtiyaclarına uyğun suyu daha rahat seçmələrinə kömək edən bu pratik məlumatlar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.