Hadisə
84 yaşlı kişi güllə yarasından öldü
Xpress.az Redaksiyası
07.10.2026 17:39
Gədəbəy rayon sakini yaşadığı evin həyətində ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Pirbulaq kəndində qeydə alınıb.
1942-ci il təvəllüdlü Yolçu Alıyevin meyiti yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma başlanılıb.