Şou-Biznes
Vüsalənin yerinə o aparıcılıq edəcək - “Məndə olan enerji onda heç vaxt ola bilməz” - VİDEO
Xpress.az Redaksiyası
07.10.2026 11:28
Vüsalə Əlizadənin təqdimatında yayımlanan “İncə səhər” verilişi yeni mövsümdə tamaşaçıların qarşısına çıxıb.
Efirdə özünə bənzədilən virtual aparıcını görən Vüsalə ona zarafatla irad bildirib:
“Mənim yerimə bunu tapmısınız? Özünü də mənə oxşadır. Məndə olan enerji onda heç vaxt ola bilməz. Çünki mən Allahın yaradılışıyam, o isə elektrik cərəyanına bağlı sadəcə bir qurğudur”./yenisabah/