Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Şou-Biznes "O geyimimi Vasif Məhərrəmli alıb, digər etdikləri...
"O geyimimi Vasif Məhərrəmli alıb, digər etdiklərini deməyə utanıram" -
Şou-Biznes

"O geyimimi Vasif Məhərrəmli alıb, digər etdiklərini deməyə utanıram" - VİDEO

Xpress.az Redaksiyası 03.09.2026 10:01

Müğənni Mətanət Əsədova efirdə səsləndirdiyi açıqlama ilə diqqət çəkib.

Sənətçi həmin geyiminin əməkdar artist Vasif Məhərrəmli tərəfindən alındığını bildirib. O, həmçinin həmkarından hədiyyə gözləmədiyini, lakin Vasif Məhərrəmlinin jest etməyi sevən və diqqətli insan olduğunu vurğulayıb.
 
"O geyimimi Vasif Məhərrəmli alıb. Əvvəla, mən Vasifdən hədiyyə gözləmirəm. Amma Vasif öz adına, şəxsiyyətinə uyğun addım atan insandır. Doğum günü hədiyyəmi açıqlamıram. Hələ ki, mənə dedi ki, 'Nə istəyirsən?' Geyimin rəngini dedim, onu mənə hazırlatdırıb gətizdirdi", - deyə Əsədova söyləyib.

Müğənninin sözlərinin davamında işlətdiyi "Belə digər nə edib, utanıram burada açıqlamağa" ifadəsi isə xüsusilə diqqət çəkib.
 
Mətanət Əsədovanın bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər sənətçinin sözlərinin nəyə işarə etdiyi ilə bağlı müxtəlif fikirlər bildiriblər.Milli.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək