Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:
Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:
Media

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi: Rüfət Seyidov və Vəfa Seyidova vəzifələrindən ayrıldı – FOTO

Xpress.az Redaksiyası 03.11.2026 15:23

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişikliyi baş verib.

AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Seyidov tutduğu vəzifədən ayrılıb.

Bu barədə Rüfət Seyidov sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, paylaşımında AzTV-dəki fəaliyyətini yekunlaşdırdığını bildirərək kollektivə təşəkkür edib:

“AzTV-də Sosial Media və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsində fəaliyyətimi yekunlaşdırdım. Bu müddətdə xeyli iş gördüm və xeyli gözəl insan tanıdım. Mediada dəyərli yoldaşlarla çiyin-çiyinə çalışdım. Möhtəşəm insanlardan ibarət komanda qurduq və hədəflərə çatdıq.

AZTV mənə çox şeyi öyrətdi. Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər. Uğur olsun AzTV. Yanımda olanlar, dəyərinizin fərqindəyəm”.

Qeyd edək ki, Rüfət Seyidovun həyat yoldaşı, AzTV-nin aparıcısı Vəfa Seyidova da işindən ayrılıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək