Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Media Aysel Məmmədova NAMYO-da media və kommunikasiya mə...
Aysel Məmmədova NAMYO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs olacaq
Media

Aysel Məmmədova NAMYO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs olacaq

Xpress.az Redaksiyası 28.10.2026 13:33

Jurnalist Aysel Məmmədova Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (NAMYO) media və kommunikasiya məsələləri üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.

Aysel Məmmədova 2018-ci ildən etibarən media sahəsində çalışıb. Peşəkar fəaliyyəti dövründə “Səs” qəzeti, “Səs” İnformasiya Agentliyi, Report İnformasiya Agentliyində və Baku TV-də müxtəlif vəzifələrdə çalışıb. O, siyasi müxbir, parlament müxbiri və xüsusi müxbir kimi fəaliyyət göstərməklə yanaşı, müəllif və aparıcı kimi də layihələr hazırlayıb.

Jurnalist kimi fəaliyyəti ərzində ölkənin ictimai-siyasi həyatı, parlament və seçki prosesləri, qanunvericilik, Azərbaycanın xarici siyasəti və regional proseslərlə bağlı mövzuları işıqlandırıb. 44 günlük Vətən müharibəsi zamanı cəbhə bölgəsindən reportajlar hazırlayıb, sonrakı dövrdə Qarabağda bərpa-quruculuq işlərini və Böyük Qayıdış prosesini işıqlandırıb.

Son illərdə yaşıl enerji keçidi, iqlim diplomatiyası və ətraf mühit məsələlərinə xüsusi diqqət ayıran Aysel Məmmədova iqlim gündəliyinə həsr olunan media layihələri, müəllif proqramları və sənədli materiallar üzərində çalışıb. O, həmçinin Azərbaycanın bərpaolunan enerji potensialı və beynəlxalq enerji əməkdaşlığı ilə bağlı layihələrin hazırlanmasında iştirak edib.

NAMYO-da yeni fəaliyyəti çərçivəsində Aysel Məmmədova təşkilatın media əlaqələrinin genişləndirilməsi, kommunikasiya strategiyasının inkişafı, beynəlxalq platformalarda görünürlüğünün artırılması və fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması istiqamətində çalışacaq.

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı Hərəkata üzv dövlətlərin gənclərini bir araya gətirən beynəlxalq təşkilatdır. Təşkilat gənclər arasında əməkdaşlığın gücləndirilməsi, onların beynəlxalq proseslərdə iştirakının təşviqi və ortaq təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir.

Aysel Məmmədova yeni vəzifəsi ilə bağlı bildirib ki, göstərilən etimadı doğruldacağına və üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəyinə inanır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək