Dünya
İspaniyada sürət qatarları toqquşub, ölü sayı 39-a çatıb - YENİLƏNİB
Xpress.az Redaksiyası
28.10.2026 13:36
İspaniyada sürət qatarlarının toqquşması nəticəsində ölənlərin sayı artıb.
“Sky News“un yerli qurumlara istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.
13:16
İspaniyada sürət qatarları toqquşub.
“Reuters“in xəbərinə görə, hadisə Toledo vilayətində baş verib.
İki sürət qatarının toqquşması nəticəsində paytaxt Madridi Əndəlüs regionu ilə əlaqələndirən xətt fəaliyyətini dayandırıb. Hadisə nəticəsində ən azı 10 nəfərin öldüyü, çox sayda yaralının olduğu bildirilib.
Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.