Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Alimlər: Günəşin məhvi gözləniləndən daha dramatik...
Alimlər: Günəşin məhvi gözləniləndən daha dramatik olacaq
Dünya

Alimlər: Günəşin məhvi gözləniləndən daha dramatik olacaq

Xpress.az Redaksiyası 25.10.2026 10:49

Günəş sistemi əvvəlki modellərin proqnozlaşdırdığından xeyli tez sabitliyini itirə bilər. Astrofiziklər qrupu yeni modelləşdirmə apararaq bu qənaətə gəlib.

Bu barədə “The Times of India” nəşri yazır.

Mövcud təsəvvürlərə görə, təxminən beş milyard ildən sonra Günəşin hidrogen ehtiyatları tükənəcək, o, qırmızı nəhəngə çevriləcək, xarici təbəqələrini kosmosa atacaq və nəticədə ağ cırtdana çevriləcək. Əvvəllər hesab edilirdi ki, bundan sonra Yupiter, Saturn, Uran və Neptun sönmüş ulduzun ətrafında on milyardlarla, hətta yüz milyardlarla il dövr edə biləcək.

Lakin yeni tədqiqat bu ssenarini şübhə altına alır. Alimlər Günəş ağ cırtdana çevrildikdən sonra Günəş sisteminin xarici hissəsinin təkamülünə dair yüzlərlə mümkün ssenarini modelləşdiriblər.

Nəşrdə deyilir: “Ssenarilərin təxminən 90 faizində Günəş ağ cırtdana çevrildikdən sonra üç milyard il ərzində Günəş sisteminin xarici hissəsi qeyri-sabit vəziyyətə düşürdü”.

Bunun səbəbi Günəşin kütləsini itirdiyi dövrdə maddənin qeyri-bərabər şəkildə kosmosa atılması olacaq. Bu proseslər Günəşin cazibə qüvvəsinə təsir göstərərək planetlərin orbitlərini poza bilər. Nəticədə göy cisimləri bir-birinə yaxınlaşa, hərəkət trayektoriyalarını dəyişə və ya hətta Günəş sistemini tərk edə bilərlər.

Məqalənin müəllifi qeyd edir: “Bəzən planet hətta öz sistemindən kənara atıla və ulduzlararası fəzada tənha səyyah kimi itə bilər”.

Bununla belə, kompüter simulyasiyalarının nəticələri bu ssenarinin mütləq gerçəkləşəcəyi demək deyil.

Yer kürəsi üçün təhlükə isə bu hadisələrdən xeyli əvvəl yaranacaq. Təxminən beş milyard ildən sonra Günəş genişlənməyə başlayacaq və planetimizi uda bilər. Yer kürəsi bu aqibətdən xilas olsa belə, temperaturun yüksəlməsi ulduzun təkamülü başa çatmamışdan xeyli əvvəl burada həyat üçün əlverişli şəraiti məhv edəcək. (Qaynarinfo) 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Çinin telefon istehsalçıları köhnə telefonların RAM yaddaşlarından istifadə edir

25.10.2026 12:19 Texnologiya

Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları

25.10.2026 11:52 Cəmiyyət

Azərbaycan 9 ayda nə qədər tütün idxal edib?

25.10.2026 09:46 Cəmiyyət

Kapitalını ikiqat azaldan "Sumqayıt Tekstil"də yeni təyinat

25.10.2026 09:13 Cəmiyyət

Həyatın son 48 saatı:

25.10.2026 08:05 Cəmiyyət

Türkiyəli iş adamının dövlətə 100 min manat borcu olan şirkəti

24.10.2026 20:18 Cəmiyyət

Kütləvi dava ilə əlaqədar deputatın oğlu da daxil olmaqla 9 nəfər saxlanıldı -

24.10.2026 19:57 Cəmiyyət

Ağdamım 2 kəndinə köç olacaq

24.10.2026 18:15 Cəmiyyət

Onların maaşına 50 faizədək əlavə veriləcək

24.10.2026 16:17 Cəmiyyət

“Kapital Bank”ın kassiri müştərilən pulunu belə mənimsəyirmiş -

24.10.2026 14:55 Gündəm

Türkiyə Yunanıstana çağırış etdi

24.10.2026 14:16 Dünya

Pirşağıda suiti cəsədləri aşkarlanıb -

24.10.2026 13:21 Hadisə

İnci Mütəllimzadədən Türk-Azərbaycan dostluğuna həsr olunan

24.10.2026 13:00 Multimedia

Kəmaləddin Heydərov baş leytenanta yeni vəzifə verdi

24.10.2026 11:43 Cəmiyyət

Məhkəmə “Kontakt Home”un müştəridən telefona görə tələb etdiyi pulu 630 manat azaltdı

24.10.2026 11:10 İqtisadiyyat

Çağırışçılarla bağlı xəbərdarlıq:

24.10.2026 10:08 Cəmiyyət

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycana təhlükə gözlənilir?

24.10.2026 09:54 Cəmiyyət

Tramp daha bir ölkədə hərbi əməliyyatı anons etdi

24.10.2026 08:59 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək