Məhkəmə “Kontakt Home”un müştəridən telefona görə tələb etdiyi pulu 630 manat azaltdı
“ABC Telecom” müştərisini məhkəməyə verib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) pul tələbi iddiası ilə Nizami Rayon Məhkəməsində iddia qaldırıb.
Şirkət cavabdehdən ümumilikdə telefon alqı-satqı müqaviləsinə əsasən 6825 manat borc və 88 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edib.
Məhkəmə iddia tələbini qismən təmin edib.
Cavabdehdən ümumilikdə 6194 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılıb.
Qeyd edək ki, “ABC Telecom”un bundan əvvəl Bakının Nərimanov, Nizami, Nəsimi, həmçinin bölgələrdən Ağdam, Şəmkir, İsmayıllı, Quba, Ağdaş rayonundan olan müştəriləri ilə çoxsaylı məhkəmə çəkişmələri olub.