Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Fermerlərin NƏZƏRİNƏ!
Fermerlərin NƏZƏRİNƏ!
Cəmiyyət

Fermerlərin NƏZƏRİNƏ!

Xpress.az Redaksiyası 23.10.2026 15:26

Azərbaycanda aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsi tətbiq olunacaq.

Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsi aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb.

Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.
 

İstehsalçılar hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatları və təchizatçılara təklif edirlər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur. Öhdəliyin icrası kimi pul vəsaiti və ya kənd təsərrüfatı məhsulunun təqdim edilməsindən asılı olaraq, məhsul şəhadətnaməsi maliyyə və ya əmtəə məhsul şəhadətnamələri ola bilər.
 
Maliyyə məhsul şəhadətnaməsində bir qayda olaraq maliyyə təşkilatları (bank, BOKT) maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun satışından əldə ediləcək vəsaitin fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) ödənilməsi öhdəliyini ehtiva edir.
 
Əmtəə məhsul şəhadətnaməsində bir qayda olaraq tədarükçülər maraqlı olurlar və bu şəhadətnamə borc müqabilində gələcək məhsulun fermer tərəfindən kreditora (şəhadətnaməni əldə edən şəxsə) verilməsi öhdəliyini ehtiva edir.

Hər iki növ məhsul şəhadətnaməsinin tətbiqinin müsbət cəhətləri aşağıdakılardır:
 
-fermer zəruri vəsaiti istehsal prosesindən əvvəl əldə edərək istifadə edir;

-tədarükçülər əldə edəcəkləri məhsul barədə əvvəlcədən təminat aldığından bazar münasibətlərində daha çevik iştirak edə bilirlər;

-maliyyə təşkilatları aqrar sahə üzrə yeni və icrası daha çevik maliyyə aləti əldə edirlər;
 
-müqavilələrdən fərqli olaraq məhsul şəhadətnaməsi üzrə öhdəliyin icrasının pozulması halında çevik, az xərcli və məhkəmənin minimal iştirakı ilə tutma proseduru müəyyən edilir. Layihəyə əsasən məhsul şəhadətnaməsi özü icra sənədi kimi çıxış edir və icra sənədi daxil olduğu gündən etibarən dərhal icraya yönəldilir;
 
-məhsul şəhadətnamələrinin “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə buraxılması onların tərtibi və təsdiqi (notarial) üzrə xərcləri aradan qaldırır, habelə elektron sistem vasitəsilə izlənə bilməsi onlara olan etibarı artırır;
 
-məhsul şəhadətnaməsinin sahibinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsində və ilkin emalında monitorinq hüququna əsasən məhsul şəhadətnaməsinin sahibi istehsal və ilkin emal prosesini nəzarətdə saxlayır və prosesin şəhadətnamədə elan olunan qaydada aparılmasına nəzarət edir. Bu isə tələb edilən keyfiyyətdə məhsulun əldə edilməsinin qarantiyaya alınmasına və onun növbəti realizəsinin rahat həyata keçirilməsinə şərait yaratmaqla “tarladan süfrəyə” prinsipinin həyata keçirilməsini asanlaşdırır.
 

Qanun layihəsinin qəbulu kənd təsərrüfatının maliyyələşdirilməsi, istehsalçıların dəstəklənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəkdir.


Qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
 
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Məhşur tikinti şirkəti dövlətə milyonlarla borcunun yarısını ödəməyə məcbur edildi

23.10.2026 16:59 İqtisadiyyat

“Express Bank”ın problemli kreditləri 86% artıb

23.10.2026 16:39 İqtisadiyyat

Hindistanın Bakıya dönüşü: Azərbaycanın yaratdığı regional reallıq -

23.10.2026 16:26 Siyasət

Hərbi xidmətlə bağlı yeni qanun GÜNDƏMDƏ

23.10.2026 16:12 Cəmiyyət

Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi:

23.10.2026 15:22 Ana səhifə

"Cəfər Cabbarlı" və "Nizami" stansiyalarını birləşdirən tunel

23.10.2026 14:19 Ana səhifə

Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub -

23.10.2026 13:40 Ana səhifə

Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış

23.10.2026 13:31 Cəmiyyət

DEEA tərəfidən yaşıllıq zonasının salınması üzrə ağacəkmə aksiyası keçirilib

23.10.2026 13:16 Gündəm

İbad Hüseynov Gürcüstanda

23.10.2026 12:29 Cəmiyyət

Yenidən dövlət auditoru təyin edilən Hafiz İsmayılbəyli kimdir? -

23.10.2026 12:15 Gündəm

Sabah bəzi yerlərdə yağış yağacaq

23.10.2026 12:15 Cəmiyyət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 12:09 Siyasət

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -

23.10.2026 11:02 Cəmiyyət

Dövlət vəzifəsindən ayrılsalar da, federasiya prezidenti qaldılar

23.10.2026 09:42 Cəmiyyət

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23.10.2026 09:33 Ana səhifə

"AZCON Holding"in bu şirkətlərinin birləşdirilməsi gözlənilir -

23.10.2026 08:32 Cəmiyyət

Bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə verildi

22.10.2026 20:15 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək