Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət "AZCON Holding"in bu şirkətlərinin birləşdirilməsi...
"AZCON Holding"in bu şirkətlərinin birləşdirilməsi gözlənilir -
Cəmiyyət

"AZCON Holding"in bu şirkətlərinin birləşdirilməsi gözlənilir - SİYAHI

Xpress.az Redaksiyası 23.10.2026 08:32

Azərbaycanda rəqəmsal ekosisteminə daxil olan şirkətlərdə texnoloji həllərin tətbiqi və fəaliyyətin təkmilləşdirilməsi həyata keçirilir.

Xpress.az "Plat.az"a istinadən xəbər verir ki, AZCON Holding-in tərkibinə daxil olan bir sıra şirkətlər arasında vahid idarəetmə mexanizmlərinin tətbiqi istiqamətində işlər aparılır.

Məlumata görə, bu çərçivədə “Azərpoçt”, “Azərkosmos”, “Aztelekom”, “AzInTelecom” və “Azercell” şirkətləri arasında vahid satış prinsipinin tətbiqi nəzərdən keçirilir.

Bununla yanaşı, sözügedən şirkətlərin maliyyə departamentlərinin də vahid çətir altında fəaliyyətinin təmin edilməsi istiqamətində müzakirələr aparılır.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq AZCON-dan bildirilib ki, Holding-in rəqəmsal ekosisteminə daxil olan şirkətlərdə mövcud imkanlardan səmərəli istifadə, texnoloji həllərin tətbiqi və fəaliyyətin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir:

"Bu yanaşmanın əsas məqsədi xidmətlərin əlçatanlığını və keyfiyyətini artırmaq, müştəri təcrübəsini yaxşılaşdırmaq, əməliyyat səmərəliliyini yüksəltmək və rəqəmsal transformasiya proseslərinə uyğun inkişaf üçün əlverişli şərait yaratmaqdır.

Rəqəmsal ekosistemin formalaşdırılması şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə, mövcud resurs və təcrübədən daha səmərəli istifadəyə, eləcə də qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib".

"Şirkətlər arasında əməkdaşlığın gücləndirilməsi bu gün etibarlı və keyfiyyətli xidmətlərin təqdim edilməsinə, eyni zamanda, biznesin və ölkənin gələcək ehtiyaclarına cavab verən innovativ rəqəmsal həllərin hazırlanmasına və yeni imkanların formalaşdırılmasına töhfə verəcək", - deyə AZCON-un məlumatında bildirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yenidən dövlət auditoru təyin edilən Hafiz İsmayılbəyli kimdir? -

23.10.2026 12:15 Gündəm

Sabah bəzi yerlərdə yağış yağacaq

23.10.2026 12:15 Cəmiyyət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 12:09 Siyasət

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -

23.10.2026 11:02 Cəmiyyət

Dövlət vəzifəsindən ayrılsalar da, federasiya prezidenti qaldılar

23.10.2026 09:42 Cəmiyyət

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23.10.2026 09:33 Ana səhifə

Bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə verildi

22.10.2026 20:15 Cəmiyyət

“Routes World 2026” forumunda Azərbaycana yeni birbaşa uçuşların açılması müzakirə olunur

22.10.2026 18:49 Ana səhifə

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı -

22.10.2026 17:48 Sağlamlıq

25 il əvvəl törədilən qətlin təfərrüatları məlum olub

22.10.2026 17:31 Hadisə

Soyuq evdə paltarları necə qurutmaq olar?

22.10.2026 16:09 Cəmiyyət

Nazim Qasımzadə yüksək vəzifəyə

22.10.2026 15:44 Cəmiyyət

Bakı metrosuna yeni sədr müavini təyin edildi

22.10.2026 15:33 Gündəm

“Nəcib Əllər” Uşaqlara Dəstək İctimai Birliyi “psixo-art master klası” keçirib -

22.10.2026 15:06 Cəmiyyət

Onlar da doğma yurda qayıdır -

22.10.2026 14:29 Cəmiyyət

44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi -

22.10.2026 14:16 Cəmiyyət

Yardımlıya icra başçısı təyin edildi

22.10.2026 12:39 Siyasət

Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

22.10.2026 12:35 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək