Cəmiyyət
Bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə verildi
Xpress.az Redaksiyası
22.10.2026 20:15
Azərbaycanın hüquq sahəsində dövlət monitorinqini həyata keçirən qurumlar siyahısında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası"nda tənzimləmə aparılıb.
Dəyişikliklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət monitorinqini həyata keçirdiyi qurumlar sırasından Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çıxarılaraq, bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə həvalə olunub.