Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə “Routes World 2026” forumunda Azərbaycana yeni bir...
“Routes World 2026” forumunda Azərbaycana yeni birbaşa uçuşların açılması müzakirə olunur
Ana səhifə

“Routes World 2026” forumunda Azərbaycana yeni birbaşa uçuşların açılması müzakirə olunur

Xpress.az Redaksiyası 22.10.2026 18:49

Oktyabrın 21–23-də Almaniyanın Frankfurt şəhərində keçirilən “Routes World 2026” beynəlxalq aviasiya forumunda Azərbaycana yeni birbaşa uçuşların açılması, xarici aviaşirkətlərin ölkəmizə cəlb edilməsi və mövcud marşrut şəbəkəsinin genişləndirilməsi ilə bağlı danışıqlar aparılır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Xpress.az-a bildirilib ki, “Routes” təşkilatının təşkil etdiyi forum aviaşirkətləri, hava limanlarını və turizm qurumlarını bir araya gətirərək beynəlxalq uçuş marşrutlarının inkişafı və strateji tərəfdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır. Builki tədbirdə 230-dan çox aviaşirkətin və 110-dan artıq ölkənin nümayəndələri iştirak edirlər.

Forumda Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Azərbaycan Turizm Bürosu birgə təmsil edir.

Tədbir çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid və ölkənin hava limanlarının rəhbərliyinin iştirakı ilə beynəlxalq aviadaşıyıcıların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlərdə Azərbaycan hava limanlarından yeni birbaşa reyslərin açılması, ölkəmizə yeni aviaşirkətlərin cəlb olunması və mövcud tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

İşgüzar görüşlər çərçivəsində “Lufthansa Group”, “AirAsia Group”, “Air Serbia”, “Aegean Airlines”, “Etihad Airways”, “Transavia France”, “Malaysia Airlines”, “easyJet”, “Jazeera Airways”, “Oman Air”, “Wizz Air” və “VietJet Air” şirkətlərinin nümayəndələri ilə danışıqların aparılması nəzərdə tutulub.

Azərbaycanın aviasiya və turizm qurumlarının forumda birgə iştirakı beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi ilə ölkənin turizm potensialının təşviqinin əlaqələndirilməsinə xidmət edir. Əsas məqsəd Azərbaycanın beynəlxalq hava əlaqələrini gücləndirmək, sərnişinlər üçün birbaşa uçuş seçimlərini artırmaq və ölkəyə gələn xarici turistlərin sayının artmasına dəstək verməkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Yenidən dövlət auditoru təyin edilən Hafiz İsmayılbəyli kimdir? -

23.10.2026 12:15 Gündəm

Sabah bəzi yerlərdə yağış yağacaq

23.10.2026 12:15 Cəmiyyət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

23.10.2026 12:09 Siyasət

Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb -

23.10.2026 11:02 Cəmiyyət

Dövlət vəzifəsindən ayrılsalar da, federasiya prezidenti qaldılar

23.10.2026 09:42 Cəmiyyət

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23.10.2026 09:33 Ana səhifə

"AZCON Holding"in bu şirkətlərinin birləşdirilməsi gözlənilir -

23.10.2026 08:32 Cəmiyyət

Bu səlahiyyət Sosial Xidmətlər Agentliyinə verildi

22.10.2026 20:15 Cəmiyyət

Əhalinin NƏZƏRİNƏ - Qrip əleyhinə peyvəndlənmə başladı -

22.10.2026 17:48 Sağlamlıq

25 il əvvəl törədilən qətlin təfərrüatları məlum olub

22.10.2026 17:31 Hadisə

Soyuq evdə paltarları necə qurutmaq olar?

22.10.2026 16:09 Cəmiyyət

Nazim Qasımzadə yüksək vəzifəyə

22.10.2026 15:44 Cəmiyyət

Bakı metrosuna yeni sədr müavini təyin edildi

22.10.2026 15:33 Gündəm

“Nəcib Əllər” Uşaqlara Dəstək İctimai Birliyi “psixo-art master klası” keçirib -

22.10.2026 15:06 Cəmiyyət

Onlar da doğma yurda qayıdır -

22.10.2026 14:29 Cəmiyyət

44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi -

22.10.2026 14:16 Cəmiyyət

Yardımlıya icra başçısı təyin edildi

22.10.2026 12:39 Siyasət

Füzuli rayonunda istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

22.10.2026 12:35 İqtisadiyyat

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək