Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Azərbaycanın qış turizmi potensialı Londonda təqdi...
Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub -
Ana səhifə

Azərbaycanın qış turizmi potensialı Londonda təqdim olunub - FOTO

Xpress.az Redaksiyası 19.10.2026 11:16

Azərbaycanın qış turizmi imkanları 17-18 oktyabr tarixlərində "London Snow Show 2026" sərgisində təqdim olunub. 

Xpress.az xəbər verir ki, sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədri Florian Zenqstşmid "Euronews"un “Grand Voyager” səyahət proqramının aparıcısı Lilli Dausun moderatorluğu ilə keçirilən “The Future of the Ski Holiday” (“Xizək turizminin gələcəyi”) adlı panel müzakirəsində iştirak edib.

Müzakirədə, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) idman və tədbirlər üzrə direktoru Sandra Spitz və "Mountain Trade Network"un təsisçisi, "Snow Show" sərgisinin tədbir direktoru Ceyms Qambrill iştirak ediblər.

Paneldə yeni dağ-xizək istiqamətləri, səyahətçilərin dəyişən gözləntiləri və qış turizminin gələcək inkişaf tendensiyaları müzakirə olunub. Florian Zenqstşmid Azərbaycanın dağ turizmi sahəsindəki inkişafı və ölkənin mövcud imkanları barədə məlumat verib.

Sərgidə “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək, snoubord və digər açıq hava fəaliyyətləri üzrə imkanlarını təqdim ediblər.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov da ölkə stendini ziyarət edib.

Bu il 50-ci dəfə təşkil olunan "London Snow Show" qış idman növləri və turizm istiqamətlərini bir araya gətirən beynəlxalq tədbirdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“PAŞA Bank”ın əməkdaşı Bankdakı payını satıb

19.10.2026 21:28 İqtisadiyyat

İcra Hakimiyyəti 1,5 milyon manata duz alır

19.10.2026 20:59 Cəmiyyət

“30 il sənin qulun olmuşam!”

19.10.2026 20:33 Gündəm

Yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı aldı -

19.10.2026 20:19 Hadisə

Narın insan sağlamlığına möcüzəvi faydaları

19.10.2026 19:58 Sağlamlıq

TƏBİB-dən sonra növbə DİM-indir? – AÇIQLAMA

19.10.2026 19:45 Cəmiyyət

Kənd yumurtası bahalaşıb -

19.10.2026 19:22 Cəmiyyət

Bu marşrutların hərəkət sxemi dəyişdirilir - "Sabah"ın oyununa görə

19.10.2026 18:38 Cəmiyyət

Cənub sakinləri qatar gözləyir

19.10.2026 18:01 Cəmiyyət

Müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

19.10.2026 17:54 Cəmiyyət

Bakıda “The World of Adrenaline” beynəlxalq sirk proqramı təqdim olunub

19.10.2026 16:36 Mədəniyyət

Azərbaycanın quş müşahidəsi imkanları beynəlxalq miqyasda tanıdılır -

19.10.2026 16:25 Ana səhifə

Almaniya səfiri Sumqayıta səfər edib -

19.10.2026 16:18 Siyasət

“Bakcell”in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb -

19.10.2026 15:31 Gündəm

Prezident onları təltif etdi

19.10.2026 14:30 Siyasət

Yunanıstan sahillərində miqrantları daşıyan iki qayıq batdı -

19.10.2026 13:43 Dünya

Ramiz Mehdiyevin oğlunun ifadəsi yayıldı: "Nə dediyini bilmir"

19.10.2026 12:14 Gündəm

Onları da əsgər aparacaqlar -

19.10.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək