Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Regional Turizm Şuralarının iclasları keçirilib -
Regional Turizm Şuralarının iclasları keçirilib -
Ana səhifə

Regional Turizm Şuralarının iclasları keçirilib - FOTO

Xpress.az Redaksiyası 15.10.2026 10:35

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qəbələ və Qax rayonlarında Qəbələ, Qax-Balakən Regional Turizm Şuralarının iclasları olub.

Xpress.az Agentliyə istinadən xəbər verir ki, iclaslarda qurumun, eləcə də yerli icra hakimiyyətinin nümayəndələri, Şuranın işçi qrupunun üzvləri də daxil olmaqla, ümumilikdə 30-a yaxın dövlət qurumundan 100-ə yaxın şəxs iştirak edib.

Agentliyin sədrinin müşaviri, Regional Turizm Şuralarının sədri Kənan Quluzadə çıxış edib. O, "Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın mahiyyəti, ölkədə turizm sənayesinin inkişafına verəcəyi töhfələr və Proqramdan irəli gələn vəzifələr barədə məlumat verib.

Regionların inkişafına dair "Təkliflər Planı"nda əks olunan Turizmdə əlçatanlıq və infrastruktur, Turizm məhsulları və təcrübələri, Turizmdə marketinq, təbliğat və rəqəmsallaşma, Turizm sənayesinin inkişafı, Turizmdə insan resursları və keyfiyyət standartları kimi fəaliyyət istiqamətləri, əsas icraçı qurumların görəcəyi işlər geniş müzakirə olunub.

Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Regional Turizm Şurasının fəaliyyətinin regionun turizm potensialının inkişaf etdirilməsinə mühüm töhfələr verdiyini bildirib.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ölkə Prezidentinin müəyyən etdiyi turizm strategiyasına uyğun olaraq rayonun təbii, mədəni və tarixi potensialının dayanıqlı inkişafının əhəmiyyətini vurğulayıb. O, Qaxın turizm imkanlarının tanıdılması məqsədilə kitab layihələrinin, intellektual turizm təşəbbüslərinin, müxtəlif mədəniyyət festivallarının uğurla həyata keçirildiyini, təşkil edilmiş festivallarda iştirakçı sayının 70 mini ötdüyünü qeyd edib. O, yerli əhali və turizm sektoru ilə əməkdaşlıq çərçivəsində qarşıya qoyulan hədəflərin qısa müddətdə və səmərəli şəkildə reallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirib. Həmçinin Şuranın regionda uzunmüddətli və dayanıqlı turizmin inkişafına mühüm töhfə verəcəyini söyləyib.

Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov rayonun zəngin təbiətinin, qədim tarixi abidələrinin və Katex şəlaləsi kimi unikal təbiət obyektlərinin turizm inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcudluğunun və rayonun əlverişli coğrafi mövqeyinin ekoturizmin genişləndirilməsi üçün əlverişli imkanlar yaratdığını bildirib.

Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov Azərbaycanın bu bölgələrinin turizm baxımından daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan bəhs edib.

Azərbaycan Turizm Bürosunun Destinasiyaların inkişafı və turizm məhsulu departamentinin müdiri Heybət Vəliyev isə həyata keçirilən marketinq fəaliyyətləri, turizm nişanlarının tətbiqi, eləcə də xarici ölkələrdən media nümayəndələri və turizm şirkətlərinin təmsilçilərinin regiona tanışlıq səfərlərinin təşkili barədə məlumat verib.

Hesabat xarakteri daşıyan hər iki iclasda iştirakçıların rəy və təklifləri də dinlənilib. Sonda regionun turizm potensialından daha səmərəli istifadə edilməsi, mövcud problemlərin həlli və qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə aidiyyəti qurumlarla birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT

16.10.2026 18:32 İqtisadiyyat

Azərbaycanda işsizlərin sayı artıb

16.10.2026 18:05 Cəmiyyət

Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı -

16.10.2026 17:39 Maraqlı

Azərbaycan İraqdan benzin almağa başlayıb

16.10.2026 17:21 İqtisadiyyat

Ramiz Mehdiyev YAP-dan çıxarıldı

16.10.2026 17:07 Siyasət

Vəzifəli şəxsin qərarına qanunsuz təsirlə bağlı iş məhkəməyə göndərildi

16.10.2026 16:34 Gündəm

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

16.10.2026 16:09 Gündəm

Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

16.10.2026 15:35 İqtisadiyyat

İlqar Həsənov: Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır

16.10.2026 15:27 İqtisadiyyat

Zakir Fərəcov Sumqayıtda növbəti vətəndaş qəbulunu keçirib

16.10.2026 15:03 Cəmiyyət

Qadınlar gedir, kişilər qalır:

16.10.2026 14:59 Dünya

Simli qulaqlıqlar əvvəlki populyarlığını itirir

16.10.2026 14:14 Texnologiya

Ondan daha yaxşısını seçə bilməzdik - Əfsanə Tramp haqda

16.10.2026 14:03 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək