Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10...
Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb
İqtisadiyyat

Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

Xpress.az Redaksiyası 16.10.2026 15:35

2025-ci ildə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) qəbul etdiyi yeni dövlət standartlarını sayı 2021-ci illə müqayisədə 9,6 dəfə çox olub.

Xpress.az xəbər verir ki, bunu Agentliyin sədr müavini İlqar Həsənov bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə 36 yeni dövlət standartı qəbul edildiyi halda, bu rəqəm 2025-ci ildə 345 olub.

"Standartlaşdırma sahəsində həyata keçirilən işlərin əsas göstəricilərindən biri yeni dövlət standartları hazırlanması və qəbul edilməsidir. Təkcə bu ilin 9 ayında isə 620 yeni dövlət standartı qəbul olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur", - deyə İ.Həsənov əlavə edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək