Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi
Azərbaycanda su təchizatı, hidravlik sistemlər, nasos avadanlıqları və mühəndis kommunikasiyaları sahəsində fəaliyyət göstərən “Kaskad - Hidro M” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 26,6 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“Kaskad - Hidro M” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 5,3 min ABŞ dolları cərimə edilib.
Qeyd edək ki, “Kaskad - Hidro M” MMC bazarda 30 ildir işləyir. Onun rəhbəri Rauf Namazəliyevdir.
