Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat Azərbaycan İraqdan benzin almağa başlayıb
Azərbaycan İraqdan benzin almağa başlayıb
İqtisadiyyat

Azərbaycan İraqdan benzin almağa başlayıb

Xpress.az Redaksiyası 16.10.2026 17:21

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,45 milyon ABŞ dolları dəyərində 5 min 484 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 15 % azdır.

Azərbaycan Gürcüstana 2,77 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,4 dəfə artıb) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1,59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (1 il əvvəl tədarük olmayıb) və Tacikistana 95,7 min ABŞ dolları dəyərində 119,7 ton (1 il əvvəl tədarük olmayıb) benzin satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan 2,89 milyon ABŞ dolları dəyərində (-95,5 %) 3 min 919 ton (-95,3 %) "Aİ-92" benzini idxal edib.

Azərbaycan Rusiyadan 2,56 milyon ABŞ dolları dəyərində (-94,7 %) 3 min 414 ton (-94,6 %) və İraqdan 328,3 min ABŞ dolları dəyərində 505,1 ton benzin alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT

16.10.2026 18:32 İqtisadiyyat

Azərbaycanda işsizlərin sayı artıb

16.10.2026 18:05 Cəmiyyət

Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı -

16.10.2026 17:39 Maraqlı

Ramiz Mehdiyev YAP-dan çıxarıldı

16.10.2026 17:07 Siyasət

Vəzifəli şəxsin qərarına qanunsuz təsirlə bağlı iş məhkəməyə göndərildi

16.10.2026 16:34 Gündəm

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

16.10.2026 16:09 Gündəm

Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

16.10.2026 15:35 İqtisadiyyat

İlqar Həsənov: Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır

16.10.2026 15:27 İqtisadiyyat

Zakir Fərəcov Sumqayıtda növbəti vətəndaş qəbulunu keçirib

16.10.2026 15:03 Cəmiyyət

Qadınlar gedir, kişilər qalır:

16.10.2026 14:59 Dünya

Simli qulaqlıqlar əvvəlki populyarlığını itirir

16.10.2026 14:14 Texnologiya

Ondan daha yaxşısını seçə bilməzdik - Əfsanə Tramp haqda

16.10.2026 14:03 Dünya

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub -

16.10.2026 13:30 Turizm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək