Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Turizm Azərbaycanın qış turizmi imkanları Çin bazarında t...
Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub -
Turizm

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub - FOTO

Xpress.az Redaksiyası 16.10.2026 13:30

Oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun (ATB) Çin Xalq Respublikasındakı nümayəndəliyi və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Pekin şəhərində təqdimat keçirilib.

Xpress.az xəbər verir ki, tədbirdə Pekində fəaliyyət göstərən 10-dan çox aparıcı turizm agentliyinin nümayəndələrinə Azərbaycanın qış turizmi imkanları barədə məlumat verilib.

Təqdimat zamanı “Şahdağ” Turizm Mərkəzinin təklif etdiyi qış turizmi təcrübələri və bu məhsulların çinli turistlər üçün hazırlanacaq səyahət proqramlarına daxil edilməsi imkanlarından bəhs olunub. Həmçinin Mərkəzin Azərbaycan üzrə mövcud turizm marşrutlarına daxil edilməsinin səyahət proqramlarının zənginləşdirilməsinə töhfəsi diqqətə çatdırılıb.

Görüş çərçivəsində hər iki ölkəni təmsil edən turizm agentlikləri arasında işgüzar əlaqələrin genişləndirilməsi və ölkənin müxtəlif turizm istiqamətlərinin Çin bazarında təşviqi məsələləri nəzərdən keçirilib.

2026-cı ilin sentyabr ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı ötən ilin müvafiq ayı ilə müqayisədə 28 faiz artaraq 11 049 nəfər təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında isə ölkəmizə 52 115 Çin vətəndaşı səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artım deməkdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT

16.10.2026 18:32 İqtisadiyyat

Azərbaycanda işsizlərin sayı artıb

16.10.2026 18:05 Cəmiyyət

Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı -

16.10.2026 17:39 Maraqlı

Azərbaycan İraqdan benzin almağa başlayıb

16.10.2026 17:21 İqtisadiyyat

Ramiz Mehdiyev YAP-dan çıxarıldı

16.10.2026 17:07 Siyasət

Vəzifəli şəxsin qərarına qanunsuz təsirlə bağlı iş məhkəməyə göndərildi

16.10.2026 16:34 Gündəm

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

16.10.2026 16:09 Gündəm

Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

16.10.2026 15:35 İqtisadiyyat

İlqar Həsənov: Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır

16.10.2026 15:27 İqtisadiyyat

Zakir Fərəcov Sumqayıtda növbəti vətəndaş qəbulunu keçirib

16.10.2026 15:03 Cəmiyyət

Qadınlar gedir, kişilər qalır:

16.10.2026 14:59 Dünya

Simli qulaqlıqlar əvvəlki populyarlığını itirir

16.10.2026 14:14 Texnologiya

Ondan daha yaxşısını seçə bilməzdik - Əfsanə Tramp haqda

16.10.2026 14:03 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək