Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarış...
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi
Gündəm

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi

Xpress.az Redaksiyası 16.10.2026 16:09

Azərbaycanın Baş Prokurorluğu "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçi barəsində Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırış etmək, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə cinayət işi açıb, onun barəsində qiyabi olaraq həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarış elan edilib.

Baş Prokurorluqdan Xpress-ə daxil olan məlumatlara əsasən, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən 1975-ci il təvəllüdlü, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçi tərəfindən Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn materialların paylaşılması faktları üzrə Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.

Bildirilib ki, araşdırma zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 saylı qərarından sonra Azərbaycanda hakimiyyətin çevriliş və zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi, zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınması və təşviqinə yönələn dini radikalizm məzmunlu, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların təkrar yayılması, eləcə də radikal məzmunlu müxtəlif başlıqlar altında təkrar çağırışların edilməsi müəyyən olunub.

Toplanmış materiallar əsasında Baş prokuror tərəfindən 16 oktyabr 2026-cı il tarixdə Cinayət Məcəlləsinin 281.2 (Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib. Hazırda onun və digər şəxslərin barəsində müvafiq istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir, eləcə də beynəlxalq əməkdaşlıq mexanizmləri çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.

İbtidai istintaq çərçivəsində qeyd olunan məlumatların, habelə, bu xarakterli digər materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər halların obyektiv, tam və hərtərəfli araşdırılması, əməllərə hüquqi qiymət verilməsi və qanunvericiliyin tələblərinə uyğun qərar qəbul edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluq dini dözümlülüyün, qarşılıqlı hörmətin və ictimai həmrəyliyin qorunması naminə hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

4 gün ardıcıl iş olmayacaq -

16.10.2026 21:10 Cəmiyyət

Avropadan 52 nəfər Azərbaycana qaytarılıb

16.10.2026 20:19 Cəmiyyət

Yeni marşrut xətti istifadəyə verilir

16.10.2026 20:02 Cəmiyyət

"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI

16.10.2026 19:32 Cəmiyyət

Məhkəmə su təchizatçısı şirkəti 5 min dollar cərimələdi

16.10.2026 18:51 İqtisadiyyat

Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT

16.10.2026 18:32 İqtisadiyyat

Azərbaycanda işsizlərin sayı artıb

16.10.2026 18:05 Cəmiyyət

Pezeşkian Paşinyanla Azərbaycan dilində salamlaşdı -

16.10.2026 17:39 Maraqlı

Azərbaycan İraqdan benzin almağa başlayıb

16.10.2026 17:21 İqtisadiyyat

Ramiz Mehdiyev YAP-dan çıxarıldı

16.10.2026 17:07 Siyasət

Vəzifəli şəxsin qərarına qanunsuz təsirlə bağlı iş məhkəməyə göndərildi

16.10.2026 16:34 Gündəm

Azərbaycan yeni dövlət standartlarının qəbulunu 10 dəfəyə yaxın artırıb

16.10.2026 15:35 İqtisadiyyat

İlqar Həsənov: Yerli məhsullar beynəlxalq standartlara uyğunlaşdırılır

16.10.2026 15:27 İqtisadiyyat

Zakir Fərəcov Sumqayıtda növbəti vətəndaş qəbulunu keçirib

16.10.2026 15:03 Cəmiyyət

Qadınlar gedir, kişilər qalır:

16.10.2026 14:59 Dünya

Simli qulaqlıqlar əvvəlki populyarlığını itirir

16.10.2026 14:14 Texnologiya

Ondan daha yaxşısını seçə bilməzdik - Əfsanə Tramp haqda

16.10.2026 14:03 Dünya

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub -

16.10.2026 13:30 Turizm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək