Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Sara Əzimova: “Naxçıvanlı 12 yaşlı qızın Türkiyə m...
Sara Əzimova: “Naxçıvanlı 12 yaşlı qızın Türkiyə mediasında şəhid övladı kimi təqdim edilməsi və təzyiqlərə məruz qaldığı iddiası bu kampaniyanın vahid mərkəzdən idarə olunduğunu bir daha göstərir”
Gündəm

Sara Əzimova: “Naxçıvanlı 12 yaşlı qızın Türkiyə mediasında şəhid övladı kimi təqdim edilməsi və təzyiqlərə məruz qaldığı iddiası bu kampaniyanın vahid mərkəzdən idarə olunduğunu bir daha göstərir”

Xpress.az Redaksiyası 14.10.2026 16:24

“Naxçıvanda şəhidlərin anım günündə çəkilən 12 yaşlı qızın fotosu Türkiyə mediasında şəhid övladının fotosu kimi təqdim edilib və onun təzyiqlərə məruz qaldığı bildirilib. Halbuki bu məlumat həqiqəti əks etdirmir”.

ANZ.AZ xəbər verir ki, bunu jurnalist Sara Əzimova müsahibəsində bildirib.
O qeyd edib ki, həmin məlumat Türkiyənin onlarla media qurumunda tirajlanıb. Sara Əzimova bu hadisəni sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan kampaniyanın nümunəsi kimi qiymətləndirib:
“Mən də Naxçıvandan səslənirəm. Bir tərəfimizdə İran, bir tərəfimizdə Türkiyə var. Təəssüf ki, bu ölkələrdə sosial şəbəkələr üzərindən dövlətimizə qarşı çirkin kampaniya aparılır. Azərbaycanda insanların dini inanclarına hörmət edilir. Amma bu inanclardan sui-istifadə edərək vətəndaşlarımızı təxribata sürükləmək yolverilməzdir”.
Jurnalist paylaşımların eyni məzmun daşımasının onların vahid mərkəzdən idarə olunduğu qənaətini yaratdığını söyləyib.
Sara Əzimova vətəndaşları yayılan məlumatlara diqqətlə yanaşmağa və təxribat xarakterli paylaşımlara qarşı ayıq-sayıq olmağa çağırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək