Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ermənistanda saxlanılan Azərbaycan əsgəri ifadə ve...
Ermənistanda saxlanılan Azərbaycan əsgəri ifadə verdi: Nələr olub?
Gündəm

Ermənistanda saxlanılan Azərbaycan əsgəri ifadə verdi: Nələr olub?

Xpress.az Redaksiyası 13.10.2026 10:32

Ermənistan sərhədini qanunsuz olaraq keçən Azərbaycan hərbçisi dindirilmə zamanı heç kimə zərər vermək niyyətində olmadığını bildirib.

Bu barədə dindirmə ilə bağlı bəzi məlumatlar əldə edən "Joxovurd" qəzeti məlumat yayıb.

Nəşr xatırladır ki, Azərbaycan hərbçisi Nəsimi Musayev sərhədi qanunsuz olaraq keçərək Avetisyan ailəsinin evinə girib və ev sahibini güllələyərək yaralayıb.

Qəzet yazır ki, "Musayev dindirilmə zamanı erməni ailəsinin evinə girərkən heç kimə zərər vermək niyyətində olmadığını bildirib. O, iddia edib ki, dəfələrlə qadından onu buraxmasını istəyib, lakin qadın onun silahını götürüb və atəş açmağa məcbur edib. Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, bundan sonra qadın və ailə üzvləri ona hücum edib, bıçaqlayıb və döyüblər".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək