Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirəcək hə...
Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır -
Siyasət

Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır - Bağçalı

Xpress.az Redaksiyası 14.10.2026 16:39

Başda Azərbaycan olmaqla, Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir.

Bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri, millət vəkili Dövlət Baxçalı mətbuata yazılı açıqlamasında deyib.

Onun sözlərinə görə, Egedən Xəzərə, keçmişdən gələcəyə Türkiyə və Azərbaycan eyni könül coğrafiyasının iki güclü dövlətidir:

"İki ölkə arasındakı qardaşlıq münasibətlərinə xələl gətirməyə yönələn istənilən yanaşma qarşısında sağlam düşüncə, qarşılıqlı anlaşma və ortaq ağıl əsasında hərəkət etmək böyük əhəmiyyət daşıyır. Türkiyənin Türk Dövlətləri Təşkilatına sədrlik edəcəyi də bu proseslərin yaratdığı mühüm məsuliyyət və fürsətdir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər isə bu prosesin ən güclü dayaqlarından biridir. İki ölkə arasındakı tarixi, mədəni və qardaşlıq bağları siyasi proseslərdən daha geniş məna daşıyır, xalqlarımızın ortaq yaddaşına və könül birliyinə əsaslanır".

O deyib ki, Qarabağ Zəfərinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğanın TDT-nin sammiti çərçivəsində keçirəcəyi görüşün Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz iradəsini bir daha nümayiş etdirəcəyinə inanır:

"İstiqamətimiz bəllidir. Başda Azərbaycan olmaqla, Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan vermədən, türk respublikalarının suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət əsasında əməkdaşlığımızı dərinləşdirmək, tariximizin üzərimizə qoyduğu məsuliyyəti dərk edərək ortaq gələcəyimizi qurmaq, "Türk və Türkiyə əsri" hədəfini Türk dünyasının yüksəlişi ilə birləşdirməkdir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Vəfat edən şəxsin bank borcu kimə qalır?

14.10.2026 23:01 Cəmiyyət

Ailə biznesi üçün ən perspektivli sahələr açıqlandı

14.10.2026 22:38 Cəmiyyət

Elektriksiz işləyən dünyanın ilk

14.10.2026 22:13 Texnologiya

Məktəblilərin etirazında saxlananların sayı 8000-ə çatır

14.10.2026 22:04 Dünya

Papanın vəziyyəti açıqlandı

14.10.2026 21:48 Dünya

Nəhəng qiymətli metal yatağında elmə məlum olmayan viruslar tapıldı

14.10.2026 21:37 Dünya

Bəzən insan daha çox aclıq hiss edir -

14.10.2026 21:11 Sağlamlıq

Xəyanəti bağışlayan 3 bürc

14.10.2026 20:52 Cəmiyyət

Müəllimlər arasında ciddi seçim olacaq -

14.10.2026 20:32 Təhsil

Hakan Fidan Azərbaycana gəldi

14.10.2026 20:00 Gündəm

Maşını yudurub pulunu vermədi, dava düşdü — Məhkəmə

14.10.2026 19:59 Cəmiyyət

32 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

14.10.2026 19:42 Cəmiyyət

“Access Bank” 9 ayda 45 milyon manatdan çox xalis mənfəət əldə edib

14.10.2026 19:35 İqtisadiyyat

Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub

14.10.2026 18:51 Cəmiyyət

Keçmiş deputatın oğlu intihar etdi-

14.10.2026 18:25 Hadisə

Qırğızıstan Prezidenti Azərbaycana gəlib

14.10.2026 17:45 Siyasət

Lavrov Azərbaycana gəlib

14.10.2026 17:14 Siyasət

Sara Əzimova: “Naxçıvanlı 12 yaşlı qızın Türkiyə mediasında şəhid övladı kimi təqdim edilməsi və təzyiqlərə məruz qaldığı iddiası bu kampaniyanın vahid mərkəzdən idarə olunduğunu bir daha göstərir”

14.10.2026 16:24 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək