Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət İşçi qrup: AK Parti iqtidarı heç bir addım atmır
İşçi qrup: AK Parti iqtidarı heç bir addım atmır
Siyasət

İşçi qrup: AK Parti iqtidarı heç bir addım atmır

Xpress.az Redaksiyası 13.10.2026 16:49

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Bəyanatda deyilir: “Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bəzi millət vəkilləri, Türkiyə Respublikası Prezidentinin baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.

Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini öz milli maraqlarına və Konstitusiyasına uyğun müəyyən edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” prinsipi məhz iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.

Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, onun tarixinə və böyük şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.

Hesab edirik ki, Azərbaycan–Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.

Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB?

13.10.2026 23:51 Cəmiyyət

“BTB Bank”ın rəhbər kadrları hara keçib? -

13.10.2026 23:19 İqtisadiyyat

“Yelo Bank”dan şikayətlər 39%, “Expressbank”dan iki dəfədən çox ARTDI

13.10.2026 22:19 İqtisadiyyat

Əhalinin borc yükü artır

13.10.2026 21:59 İqtisadiyyat

Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

13.10.2026 21:43 Cəmiyyət

Formula-1 on il ərzində burada keçiriləcək

13.10.2026 19:58 Formula-1

“SAB” məhsulları təhlükəlidir?

13.10.2026 19:49 Cəmiyyət

Boşananda ev kimə qalır? –

13.10.2026 18:34 Cəmiyyət

Bakıda ət niyə bahalaşır? -

13.10.2026 18:04 Cəmiyyət

Roma Papası XIV Leo xəstəxanaya yerləşdirildi

13.10.2026 17:49 Dünya

Zəngəzurun dünəni, bugünü və sabahı” mövzusunda tədbir keçirilib

13.10.2026 17:09 Cəmiyyət

İşçiləri “təcrübəçi” adı altında ödənişsiz çalışdıranlara XƏBƏRDARLIQ

13.10.2026 17:05 Cəmiyyət

Allahşükür Paşazadədən hicabla bağlı məsələyə

13.10.2026 15:56 Cəmiyyət

Nağdsız ödənişlər artır:

13.10.2026 15:22 İqtisadiyyat

VPN seçərkən nələrə diqqət etmək lazımdır

13.10.2026 15:02 Texnologiya

YAP Türkiyəni Azərbaycanın daxili işlərinə hörmət etməyə çağırdı

13.10.2026 14:16 Siyasət

VPN-lərlə bağlı

13.10.2026 13:53 Texnologiya

11-ci mərtəbədən atladı, gənc qızın üstünə düşdü: Qız öldü, özü sağ qaldı

13.10.2026 13:21 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək