Zəngəzurun dünəni, bugünü və sabahı” mövzusunda tədbir keçirilib
13 oktyabr 2026-cı il tarixində Xırdalan şəhər 9 saylı tam orta məktəbində “Qaçqın və Deportasiya Olunmuşlara Dayaq” İB “Zəngəzurun dünəni, bugünü və sabahı” mövzusunda tədbir keçirdi. Layihə rəhbəri Oktay Sadıqov çıxışını Azərbaycan RP İ. Əliyevin “Bizim ata-baba torpaqlarımız olan İrəvan Xanlığı, Zəngəzur mahalı, digər torpaqlarımız indi ermənilər üçün torpaq olubdur".

O.Sadıqov şagirdləri Zəngəzurun coğrafi mövqeyi, tarixi türk torpaqları olması, toponimləri, beynəlxalq tranzit yolları üzərində yerləşməsi, ermənilərin bu əraziyə köçürülməsi, 1905-07, 1918 və 1988- ci il soyqırımları, I və II Qarabağ müharibələri, 9 noyabr müqaviləsi, Zəngəzur dəhlizi, türk dünyasını birləşdirən Horadiz – Naxçıvan dəmir yolu, Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, Azərbaycanın apardığı sülhsevər siyasət, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasındakı müddəalar və sairlə məlumatlandırdı. O, çıxışını İlham Əliyevin: “Zəngəzur tarixi Azərbaycan torpağıdır. Biz bu torpaqlarımızı qaytaracağıq” sözləri ilə bitirdi.

Tədbirdə iştirak edən Zəngəzur kökənli müəllimlər – Xatirə Dadaşova,Təzəgül Allahverdiyeva, layihənin psixoloqu Gülər Əsgərova çıxış etdilər. Sonda şagirdlərə hədiyyələr paylandı.


