Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İqtisadiyyat “Yelo Bank”dan şikayətlər 39%, “Expressbank”dan ik...
“Yelo Bank”dan şikayətlər 39%, “Expressbank”dan iki dəfədən çox ARTDI
İqtisadiyyat

“Yelo Bank”dan şikayətlər 39%, “Expressbank”dan iki dəfədən çox ARTDI “Expressbank”dan iki dəfədən çox ARTDI

Xpress.az Redaksiyası 13.10.2026 22:19

Sentyabrda 17 bankdan ikisi yüksək, dördü orta, 11-i isə aşağı şikayət indeksi kateqoriyasında yer alıb.

Xpress.az "Plat.az"a istinadən xəbər verir ki, sentyabr ayında Azərbaycanda banklar arasında ən yüksək şikayət indeksi “Yelo Bank” və “Expressbank”da qeydə alınıb.

Sentyabrda “Yelo Bank”ın şikayət indeksi avqust ayındakı 2,51-dən 3,49-a yüksəlib. Bu isə 39% artım deməkdir. “Expressbank”da isə bu göstərici 1,18-dən 2,44-ə çatıb, yəni 2 dəfədən çox artıb. 

Beləliklə, hər iki bank sentyabrda yüksək şikayət indeksi olan qırmızı kateqoriyada yer alıb. Avqustda bu kateqoriyada yalnız “Yelo Bank” olub.

Orta şikayət indeksi olan sarı kateqoriyada isə “Unibank”, “Azər-Türk Bank”, “Rabitəbank” və “Bank of Baku” qərarlaşıb.

“Unibank”ın şikayət indeksi 1,64-dən 2,20-yə, “Azər-Türk Bank”ın göstəricisi 0,84-dən 1,81-ə, “Rabitəbank”ın indeksi 0,75-dən 1,77-yə, “Bank of Baku”nun göstəricisi isə 1,16-dan 1,54-ə yüksəlib.

Qeyd edək ki, sentyabrda 17 bankdan 2-si yüksək, 4-ü orta, 11-i isə aşağı şikayət indeksi kateqoriyasında yer alıb.

Şikayət indeksi banklar üzrə daxil olan şikayətlərin bazar payının müştərilərin bazar payına nisbəti əsasında hesablanır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək