Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Türkyəli general:
Türkyəli general:
Siyasət

Türkyəli general: Radikal və ideoloji dini strukturlar dövlət iradəsi ilə zərərsizləşdirilməlidir

Xpress.az Redaksiyası 12.10.2026 11:58

Qarabağ Zəfərindən Sonrakı Böyük Təhlükə: Azərbaycanın Dini və Siyasi Suverenliyi Necə Qorunmalıdır?

Türkiyənin ehtiyatda olan generalı, hərbi ekspert Abdulla Ağar Xpress.az-a açıqlamasında bildirib ki, Qarabağda qazanılan hərbi zəfərin qalıcı strateji uğura çevrilməsi üçün Azərbaycanın milli kimliyini, ictimai bütövlüyünü və müstəqil qərarvermə iradəsini xarici təsir şəbəkələrindən qoruması həyati əhəmiyyət kəsb edir. İşğal altındakı torpaqlarını azad edərək tarixi zəfərə imza atan Azərbaycan, bu gün regional və qlobal güclərin çoxşaxəli ideoloji, teopolitik və siyasi nüfuz mübarizəsinin mərkəzində yer alır. 

Ekspert vurğulayır ki, məsələ yalnız dini inanc çərçivəsi ilə məhdudlaşmır; din pərdəsi altında insan resursu toplamaq, ictimai nüfuz qazanmaq və nəticədə dövlətin suverenliyinə təsir göstərmək cəhdləri mövcuddur.

Əsas Təhdid və Təsir İstiqamətləri

Onun sözlərinə görə, ölkənin şimal rayonlarında yaşayan Sünni türklərə və digər Qafqaz xalqlarına yönəlik Yaxın Şərq mənşəli Sələfi, təkfirçi və Vahhabi axınları vasitəsilə təsir dairəsi yaratmaq, tərəfdar toplamaq cəhdləri müşahidə olunur. Bu strukturların möhkəmlənməsi üçün böyük maliyyə resursları və fondlar cəlb edilir.

Təxminən bir əsr kommunizm rejiminin təsirində qalmış və inanc anlayışı bu süreçdə dəyişikliyə uğramış cəmiyyət üzərində İran mənşəli Şiə siyasi İslamçı axınları nüfuz qurmağa çalışır. Məqsəd tərəfdar bazası formalaşdırmaq və bölgədəki təsir imkanlarını genişləndirməkdir.Türkiyə Mənşəli Dini-Təriqət Strukturları: Azərbaycan və Türkiyə arasındakı strateji yaxınlıqdan istifadə etməyə çalışan bəzi ideoloji, təriqət və cərəyan strukturları da ölkədə sahə və nüfuz qazanmaq niyyətindədir. Keçmişdə FETÖ-nün Azərbaycandakı fəaliyyəti bu növ təhdidlərin əyani göstəricisidir.

Gürcüstandakı Soydaşlarımız və Proksi Qüvvəyə Çevrilmə Riski: İraqın Kərkük və Musul xəttində Türkmanların proksi qüvvələrə çevrilməsi ssenarisinə bənzər bir süreç Gürcüstanda yaşayan Sünni azərbaycanlılara münasibətdə də sınanılır. Borçalı, Qaxetiyanın bəzi bölgələri və Ahıska xəttində yaşayan soydaşlarımızın İran tabanlı ideoloji təsirlərə məruz qoyulması və təşkilati şəbəkələrə cəlb edilməsi ciddi təhlükəsizlik və kəşfiyyat analizi tələb edir.
Yəhudi İrsi və İsrail ilə Əlaqələrin Tarixi Kökü: Azərbaycan-İsrail münasibətləri yalnız cari strateji maraqlarla məhdudlaşmır. Xəzər Xaqanlığı irsi, Dağ Yəhudilərinin əsrlərlə davam edən varlığı, Qırmızı Qəsəbə və İsraildəki Azərbaycan mənşəli yəhudi diasporası bu əlaqələrin dərin tarixi və toplumsal sütunlarını təşkil edir.

Abşeron yarımadasındakı Suraxanı Atəşgahı Zərdüştlük tarixi baxımından qlobal əhəmiyyətə malikdir. XVII–XVIII əsrlərdə Hindistandan gələn Hindu və Sih icmalarının ibadətgahı kimi forma tapan bu məkan, Azərbaycanın çoxmədəniyyətli və zəngin tarixi keçmişinin tərkib hissəsidir.

BMT-də yaşanan son hadisələrin və Azərbaycan məktəblərindəki geyim qaydaları mövzusunun qabardılmasının bu kontekstdə qiymətləndirilməsi vacibdir. Ekspertlərin fikrincə, bu cür məsələlərin süni şəkildə böyüdülməsi cəmiyyət ilə dövlət arasında nifaq salmağa və xarici güclərin maraqlarına xidmət edir.
Dini şəbəkələr xarici maliyyə, təşkilati təlimatlar, siyasi mobilizasiya və kəşfiyyat əlaqələri ilə birləşdikdə birbaşa milli təhlükəsizlik məsələsinə çevrilir. Əsas təhlükə — məzhəb və dünyəvilik fərqliliklərinin düşmən kimliklərə çevrilərək "Azərbaycanlı" üst-kimliyinin parçalanmasıdır.

Təhlildə qeyd olunur ki, dini və dövləti istismar edən strukturlarla mübarizədə yalnız güc tətbiqi kifayət etmir; eyni zamanda dinin əsl dəyərləri ortaya qoyulmalıdır:
Siyasi və İdeoloji İstismarın Qarşısının Alınması: İslam adı altında fəaliyyət göstərən, lakin onun mahiyyətinə zidd olan bütün radikal, məzhəbçi və ideoloji strukturlar bilik və dövlət iradəsi ilə zərərsizləşdirilməlidir.

Cəmiyyətə dinin iman, ağıl, vicdan, elm, ədalət və əxlaqdan ibarət olduğu aşılanmalıdır. Müqəddəs kitabımız Quranı insanların öz anladıqları dildə oxuyub dərk etməsi təmin edilməlidir. İstəyən şəxsin öz azad iradəsi ilə başını örtməsi və ya örtməməsi hüququ dövlət tərəfindən qorunmalıdır.

Azərbaycanın suverenliyi yalnız torpaq bütövlüyü ilə bitmir; cəmiyyətin aidiyyət duyğusunu, daxili sabitliyini və müstəqil qərarvermə iradəsini qorumaq həyati vacibdir. Bu kontekstdə Türkiyə-Azərbaycan strateji tərəfdaşlığı regional sabitliyin və milli bütövlüyün ən mühüm dayağı olaraq qalmaqdadır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək