Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Bakıda NATO təlimləri keçirilir
Bakıda NATO təlimləri keçirilir
Siyasət

Bakıda NATO təlimləri keçirilir

Xpress.az Redaksiyası 09.10.2026 12:26

Bakıda Azərbaycan və NATO arasında "Sülh Naminə Tərəfdaşlıq Proqramı" çərçivəsində "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü" təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təliminin açılış mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Ordusunun və tərəfdaş ölkələrin bir qrup hərbi qulluqçusu iştirak edib.

Bildirilib ki, təlim zamanı iştirakçılara NATO standartlarına uyğun olaraq, sülhməramlı əməliyyat ssenarisi əsasında təlimlərin Hərbi Qərar Qəbuletmə Prosesi çərçivəsində planlaşdırılması və icrası üzrə məşğələlər keçiriləcək.

Qeyd olunub ki, bu cür təlimlər sülhməramlı əməliyyatlara hazırlıq səviyyəsinin artırılması və qarşılıqlı əlaqənin gücləndirilməsi, o cümlədən təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində silahlanmada olan texnika, təchizat və digər avadanlıqlara baxış keçirilməsi, sülhməramlı əməliyyatlar zamanı taktiki tapşırıqların icrası üzrə bacarıqların qiymətləndirilməsi nəzərdə tutulub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək