Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təy...
Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi
Təhsil

Məleykə Abbaszadə müdiri işdən çıxardı, yenisi təyin etdi

Xpress.az Redaksiyası 09.10.2026 15:24

Dövlət İmtahan Mərkəzinin (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektorunun müdiri dəyişib.

Bununla bağlı DİM sədri Məleykə Abbaszadə müvafiq əmr imzalayıb.

Belə ki, Süraya Cəfərova Magistratura, PMS və ali təhsil üzrə digər imtahanlar sektoru müdiri vəzifəsindən ayrılıb. Onun yerinə isə Pərvanə Taliyeva təyin olunub.

Qeyd edək ki, daha əvvəl DİM-in Maliyyə departamentinin İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri dəyişib. Belə ki, Elşən Cabbarov İqtisadi təhlil, büdcə və hesabatlılıq şöbəsinin müdiri vəzifəsindən ayrılıb, onun yerinə isə Vəfa Hüseynova təyin olunub. V.Hüseynova bu təyinata qədər Maliyyə departamentinin Mühasibatlıq sektorunun müdiri - Baş mühasib vəzifəsində çalışıb. Həmçinin həmin sektorun müdiri - Baş mühasib vəzifəsinə isə Simuzər Umbayeva təyinat alıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək